Çində daşqınlardan 6,4 milyon insan zərər çəkib
Bakı, 15 iyul, AZƏRTAC
Çinin cənub-qərbində yerləşən Szyansi əyalətində baş verən daşqınlar nəticəsində 6,42 milyon insan zərər çəkib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalətin daşqınlar və quraqlığa nəzarət üzrə komandanlığının məlumatında deyilir. Məlumata əsasən, təxminən bir həftə bundan öncə başlayan leysan yağışları 584 min hektar əkin sahəsini məhv edib və 654 min yerli sakinin təxliyəsinə səbəb olub.
İyulun 4-dən başlayan yağışlar ölkə ərazisində axan 212 çayda suyun səviyyəsini təhlükəli həddə qaldırıb, 19 çayda bu göstərici tarixi rekordu yeniləyib. Artıq 15 gündür ki, ölkənin üçüncü ən böyük şirin su hövzəsi olan Tayhu gölündə suyun səviyyəsi təhlükəli həddi keçib.
Çin lideri Si Cinpin insanların həyatının xilas edilməsi və onların əmlakının təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi barədə göstəriş verib.
Təbii fəlakətin dövlətə təxminən 1,7 milyard dollar zərər vurduğu bildirilir. Bir qədər əvvəl ÇXR-in daşqınlar və quraqlığa nəzarət üzrə komandanlığının qərargahı fövqəladə vəziyyətlərə reaksiya səviyyəsini üçüncüdən ikinciyə qaldırıb.
Qeyd edək ki, Çində fövqəladə vəziyyətlərə dörd reaksiya səviyyəsi müəyyən olunub, onların da ən yüksəyi birinci səviyyədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]