Çində partlayış baş vermiş sənaye şəhərciyinin fəaliyyəti dayandırılıb
Pekin, 5 aprel, AZƏRTAC
Çinin Ciansu vilayətindəki zavodlardan birində baş vermiş partlayış və ardınca güclü yanğın nəticəsində xeyli dərəcədə zərər görmüş sənaye parkının fəaliyyəti dayandırılıb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, 78 nəfərin ölümünə və 600 nəfərdən çox adamın xəsarət almasına səbəb olan partlayış və yanğından zərər görən ərazidəki yaşayış binaları bərpa olunacaq. Hökumət müvafiq qurumlara hadisənin baş verdiyi ərazidə bərpa-təmizlik işlərinin ekoloji normalara uyğun aparılması barədə tapşırıq verib.
Qeyd edək ki, hadisə ilə əlaqədar Sianşuy sənaye parkının üç vəzifəli şəxsi saxlanılıb. Yaralananlardan 178-i hələ də xəstəxanalarda həkim nəzarətindədilər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin