MƏDƏNİYYƏT
ÇİNƏ DAİR KİTABLAR HƏDİYYƏ VERİLMİŞDİR
İyulun 23-də Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Siyun M.F.Axundov adına Respublika kitabxanasının oxucuları və əməkdaşları ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycan-Çin əlaqələrinin tarixindən söhbət açılmış, müasir dövrdə ölkələrimiz arasındakı əməkdaşlıq məsələlərinə toxunulmuşdur.
Kitabxananın direktoru Leyla Qafurova Çinin zəngin tarixinə, mədəniyyətinə, eləcə də ikitərəfli əlaqələrimizə dair kitabxananın fondunda toplanmış kitablar, müxtəlif dövri nəşrlər barədə görüş iştirakçılarına məlumat vermişdir.
Milli Məclisin deputatı, akademik Cəlal Əliyevin başçılıq etdiyi Azərbaycan-Çin Dostluq və Əməkdaşlıq Cəmiyyətinin məsul katibi Rafiq Abbasov Çinin tarixinə, iqtisadiyyatına və mədəniyyətinə dair 60-dan çox kitabı cəmiyyətin adından kitabxanaya hədiyyə etmişdir.