ÇİNGİZ AYTMATOVUN VƏZİYYƏTİ AĞIR OLARAQ QALIR
AZƏRTAC xəbər verir ki, hazırda Almaniyanın Nürnberq şəhərindəki klinikaların birində müalicə olunan dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun vəziyyəti ağır olaraq qalmaqdadır.
Qırğızıstanın Almaniyadakı səfirliyinin yaydığı məlumatda deyilir: “İntensiv tibbi müalicə davam etdirilir. Həkimlərin məlumatına görə, xəstə əvvəlkitək süni tənəffüs aparatına qoşulmuşdur”.
Ç.Aytmatov mayın 16-da “böyrək çatışmazlığı” və “septik şok” diaqnozu ilə Kazan xəstəxanasına yerləşdirilmişdi. Yazıçı Tatarıstanın paytaxtında 80 illik yubileyinə həsr olunmuş “Əsrə bərabər gün” sənədli filminin çəkilişlərində iştirak edirdi. Xəstəxanaya qoyulduqdan 3 gün sonra Ç.Aytmatov təyyarə ilə Nürnberq şəhərinə göndərilmişdir.
Bu il Qırğızıstanda Çingiz Aytmatov ili elan edilmişdir. Onun doğmaları və yaxınları bildirirlər ki, yazıçının xəstəliyi ilə əlaqədar yubiley propqramına hələlik heç bir dəyişiklik edilməmişdir. Hamı onun tezliklə sağalacağlına ümid bəsləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]