“Connect” müştəri xidmətləri ofisləri “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərir
Bakı, 20 noyabr, AZƏRTAC
“Connect” informasiya texnologiyaları şirkətinin “ASAN Xidmət” mərkəzlərində müştəri xidmətləri ofisləri fəaliyyətə başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, müştəri xidmətləri ofislərində abunəçilər “Connect” TV efir-kabel televiziyası və “Connect” NET internet provayderinin xidmətlərinə qoşulma haqda sifariş verə və abunə haqlarını (Paypoint aparatları vasitəsilə) ödəyə bilərlər.
Təqdim olunan TV və İnternet xidmətlər ilə bağlı müvafiq məlumat almaq üçün vətəndaşlar və abunəçilər 2 saylı “ASAN Xidmət” mərkəzi (Bakı, Nobel prospekti 23, AMAY Ticarət Mərkəzinin 2-ci mərtəbəsi) və ya 4 saylı “ASAN Xidmət” mərkəzində (Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 197) yerləşən “Connect” müştəri xidmətləri ofislərinə müraciət edə bilərlər.
Qeyd edək ki, “Connect” TV və “Connect” NET xidmətlərinə qoşulma ödənişsizdir. Şirkət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ətraf qəsəbələrdə əhaliyə efir-kabel televiziyası və internet provayder xidmətləri təqdim edir.