CƏMİYYƏT
COP28: Yoxsul ölkələr iqlim ödənişləri uğrunda 30 illik mübarizədə qalib gəlir

Bakı, 1dekabr, AZƏRTAC
Dubayda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) nümayəndələrin iqlim qasırğası və quraqlıq nəticəsində dəymiş zərərin ödənilməsi üçün çoxdan gözlənilən fondu yaratmağa razılaşması əsl sürpriz olub.
AZƏRTAC xəbər verir ki, COP28-in prezidenti Sultan Əhməd əl-Cabir görüşü təsdiqləyərək, konfransın işinin ilk günündə tarixi qərar verib.
Avropa İttifaqı, Böyük Britaniya, ABŞ və digər ölkələr dərhal iqlim dəyişməsinin nəticələrindən zərər çəkmiş yoxsul ölkələr üçün ümumi məbləği təxminən 400 milyon dollarlıq ödəmələr ediləcəyi haqqında bildirib.
Konfrans BMT-nin Baş katibi Antonio Quterreşin dünyanın real zamanda iqlim kollapsı yaşadığı barədə kəskin xəbərdarlıqları ilə başlayıb. O deyib ki, 2023-cü ilin “çox güman ki,” müşahidələr tarixində ən isti yay olacağı barədə xəbər “dünya liderlərini silkələməlidir”.
Bu ideyanın ilk dəfə müzakirə olunmasından otuz il sonra zərərin ödənilməsi barədə saziş sürəkli alqışlarla qarşılandı.
İtkilər və zərər iqlimlə bağlı hava hadisələri nəticəsində bir çox ölkənin məruz qaldığı nəticələrə aiddir. Ölkələrin temperaturun artmasına uyğunlaşmasına və emissiyaların məhdudlaşdırılması üzrə səylərini dəstəkləməsinə kömək etmək üçün maliyyələşdirmənin təqdim edilməsinə baxmayaraq, fonda fırtınalar və quraqlıqların səbəb olduğu dağıntılarla kömək etmək üçün heç bir vəsait daxil olmayıb.
BƏƏ də Almaniya kimi, 100 milyon dollar məbləğində vəsaitin ayrılması barədə elan edib. ABŞ Konqreslə razılığa gələcəyi təqdirdə 17 milyon dollar ödəyəcəyini bildirir.
Böyük Britaniya fonda 60 milyon funt sterlinq vəd edib.