REGİONLAR
Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Naxçıvan, 6 dekabr, AZƏRTAC
"Çeşməbasar" yarımstansiyasından qidalanan 35/10 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ona görə də dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.