Culfanın Bənəniyar kəndinə yeni suvarma su xətti çəkilir
Naxçıvan, 10 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Bənəniyar kəndinin suvarma su təminatının yaxşılaşdırılması üçün yeni suvarma boru xəttinin çəkilişinə başlanılıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, idarə əməkdaşları tərəfindən diametri 355 millimetr olan plastik borularla 4000 metr uzunluğunda boru xəttinin çəkilişi aparılır.
Su Bənəniyar gölündən nasos vasitəsilə vurularaq kəndin suvarma suyuna tələbatını təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:29]
Tovuzda ağır yol qəzası olub, ölən var
- 13.06.2026 [23:15]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib
- 13.06.2026 [22:57]
Qəbələdə inklüziv sinfin ilk buraxılışı olub
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]