Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq Qarabağ münaqişəsi: Rusiya Prezidentinin Bakı səfəri və MDB-nin Düşənbə sammiti fonunda

Dağlıq Qarabağ münaqişəsi: Rusiya Prezidentinin Bakı səfəri və MDB-nin Düşənbə sammiti fonunda

Bakı, 4 oktyabr, AZƏRTAC

“Newtimes.az” portalında “Dağlıq Qarabağ münaqişəsi: Rusiya Prezidentinin Bakı səfəri və MDB-nin Düşənbə sammiti fonunda” sərlövhəli məqalə yerləşdirilib. AZƏRTAC məqaləni təqdim edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin nə dərəcədə aktuallıq kəsb etdiyini sübut etməyə ehtiyac yoxdur. Bunu bütün dünya dərk edir. Ancaq, təəssüf ki, Ermənistan rəhbərliyi problemin dinc yolla nizama salınmasının əhəmiyyətini tam anlamaqda ciddi çətinlik çəkir. Xüsusilə Nikol Paşinyan hökuməti münaqişə haqqında ziddiyyətli fikirlər ifadə etməkdədir. Bunun fonunda mətbuatda Vladimir Putinin Bakıya səfər etməsi və dərhal Düşənbədə MDB dövlət başçılarının növbəti toplantısının keçirilməsi ortaya bir sıra maraqlı məsələlər atıb. Ekspertlər Rusiya Prezidentinin Azərbaycan paytaxtında əhəmiyyətli bəyanatlar verməsi ilə N.Paşinyanın Düşənbədə İlham Əliyevlə danışığa can atması arasında bir əlaqənin olub-olmadığını şərh etməyə çalışırlar. Düşənbədə Azərbaycan Prezidenti Ermənistanın baş naziri ilə söhbətə razılıq verib. Buna ermənilər çox seviniblər. Onlar bəzi məsələlər üzrə tərəflərin razılığa gəlməsini irəliyə doğru atılmış addım kimi qiymətləndirirlər. Yaranmış vəziyyətin Vladimir Putinin Bakı səfəri və MDB-nin Düşənbə sammiti fonunda necə göründüyü üzərində geniş dayanmaq istərdik.

Atəşkəs: Nikol Paşinyan nəyə sevinir?

Rusiya Prezidentinin Azərbaycana səfər etməsi və buradan İrəvana getməməsi KİV-də müzakirələrə səbəb olub. Ermənistan mətbuatında ekspertlər bu hadisəni təsadüfi saymırlar və arxasında Vladimir Putinin diplomatik gedişinin dayandığını deyirlər. Onlar hesab edirlər ki, Rusiyanın dövlət başçısı bu davranışı ilə Cənubi Qafqazda Kremlin geosiyasi prioritetlərində düzəliş ola biləcəyi mesajını verib. Konkret olaraq Rusiya üçün Azərbaycanla əməkdaşlıq daha böyük geosiyasi qiymət alıb. Və hətta iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələ bilər.

Doğrudan da, Rusiya Prezidentinin Azərbaycana gəlişi və ümumiyyətlə, onun İlham Əliyevlə müzakirələr aparması ciddi siyasi diqqəti ifadə edir. Moskva Bakı ilə münasibətlərini yeni müsbət səviyyəyə qaldırmaqda qərarlı görünür. Bunun başlıca prinsipini də V.Putin Bakıda ifadə etdi. Rusiyanın dövlət başçısı dedi: Rusiya-Azərbaycan münasibətləri iki müstəqil dövlətin qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu əməkdaşlığına dayanır. Bütün məsələlər məhz bu qaydanı gözləməklə müzakirə edilir. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmin prinsipə uyğun müzakirələr aparılır.

Bu cür isti münasibətin fonunda bir sıra ekspertlər Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olması perspektivindən bəhs edirlər. Lakin onlar görünür ya birtərəfli düşünür, ya da Azərbaycan-Rusiya münasibətlərinin xarakterini doğru anlamırlar. Məsələ ondan ibarətdir ki, Azərbaycan tarixi torpaqlarını özünə qaytarmaq üçün böyük qardaş axtarışına çıxmayıb. Bakı müstəqil xarici siyasəti sayəsində təbii haqqını bərpa etməyə çalışır. Bunun üçün onun hər hansı hərbi və ya geosiyasi-iqtisadi təşkilata üzv olmasına ehtiyac yoxdur. O başqa məsələdir ki, milli dövlətçiliyin inkişafı hansısa təşkilatla əməkdaşlığı gücləndirməyi tələb edərsə, lazımi addım atılar.

İndi məsələnin bu tərəfi aktual deyil. Daha əhəmiyyətlisi odur ki, V.Putinin Bakıya səfəri ilə Düşənbədə MDB dövlət başçılarının sammiti arasında müəyyən məsələlər üzrə müqayisə aparmaq olar. Bu, daha çox Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları fonunda aktual təsir bağışlayır.

Mətbuatdan və bir sıra rəsmi bəyanatlardan məlumdur ki, Düşənbədə İlham Əliyevlə Nikol Paşinyan ayaqüstü qısa söhbət ediblər. Bu, erməni baş nazirin təşəbbüsü ilə baş tutub. Sonra N.Paşinyan öz Tvitter səhifəsində sevincək surətdə Azərbaycan Prezidenti ilə apardığı söhbət haqqında yazıb. Erməni baş nazir sevinib ki, İlham Əliyev atəşkəs rejiminə əməl etməyə razılıq verib. Lakin o, real vəziyyəti yenə də təhrif edir. Çünki atəşkəs rejimini pozan və vəd verib əməl etməyən yalnız və yalnız İrəvandır. Erməni silahlı qüvvələri daim cəbhə xəttində təxribatlar törədirlər və Azərbaycan Ordusu məcburən buna cavab verməli olur.

Deməli, N.Paşinyan vəziyyəti tərsinə təqdim etməyə çalışmaqla, əslində, növbəti hiyləgərliyə əl atır. O, atəşkəsi guya ermənilərin pozmadığı təəssüratı yaratmaq istəyir. Sonra, elə görüntü formalaşdırır ki, "nəhayət, "aqressor" Azərbaycan məcbur olub ki, atəşkəsə əməl etsin". Bəs Azərbaycanı kim "yola gətirir?” Əlbəttə, "demokrat", "küçə qəhrəmanı" və Ermənistanın müstəqilliyinin "təminatçısı" Nikol Paşinyan!

Təmkinli Bakı: tarixi qələbəyə doğru

Ancaq biz real vəziyyəti bilirik. Sadəcə, Nikol Paşinyan anlamağa başlayır ki, Azərbaycan rəhbərliyi ilə güc dilində danışmağın mənası yoxdur. Rusiya kimi böyük dövlətin başçısı deyir ki, Azərbaycanla münasibətlər bərabərhüquqluluq və milli maraqlara qarşılıqlı hörmət əsasında qurulur. Üstəlik, Moskva bütün sahələrdə Bakı ilə əməkdaşlığı genişləndirir və dərinləşdirir. O halda aydındır ki, Rusiya nəinki Azərbaycanın zəifləməsini istəmir, əksinə, onun mövqeyinin daha da güclənməsində maraqlıdır. Çünki hər bir dövlət tərəfdaşını etibarlı və sözünə əməl edən görməlidir.

Bu sadə müqayisələr göstərir ki, N.Paşinyanın Azərbaycan Prezidenti ilə ünsiyyət qurmağa çalışması tamamilə gözlənilən idi. Ermənistan qəti əmindir ki, işğal etdiyi torpaqlardan gec və ya tez çıxarılacaq. Rusiyanın özü də bunu tələb etməkdədir. Deməli, ermənilərin öz simalarını saxlamaqla Azərbaycan torpaqlarından işğalçı qüvvələrini çıxarmalarının yeganə ağıllı yolu danışıqlardır. Düşənbədəki qısa söhbətdən N.Paşinyanın sevincək olması bu səbəbə əsaslanır. O, bir tərəfdən Azərbaycan Ordusunun öldürücü zərbələrindən erməni silahlı qüvvələrini qorumağa çalışır, digər tərəfdən də erməni cəmiyyətində özünün xilaskar obrazını yaratmaqla məşğuldur. Öz Tvitter səhifəsində "baş nazir olandan ilk dəfədir ki, rahat yatdım" cümləsini yazması bu məqsədə xidmət edir.

Bu fikirlər kontekstində V.Putinin Bakı səfəri ilə Düşənbədə Dağlıq Qarabağla bağlı qısa müzakirələrin aparılması arasında məntiqi bağlantını görmək mümkündür. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf dinamikası MDB çərçivəsində də Bakının mövqeyini daha da möhkəmləndirir. Ermənistan MDB daxilində ümid etdiyi birtərəfli dəstəyi ala bilmir. Son hadisələr isə onu göstərir ki, heç bir MDB üzvü Ermənistanla rəsmi İrəvanın umduğu formatda əlaqə yaratmaq fikrində deyil. Buna görə də İrəvan əvvəllər dilə gətirdiyi bir sıra tələblərindən imtina edib və Azərbaycanla dil tapmağa çalışmalıdır. Əks halda, onu böyük fəlakətlər gözləyir.

Şübhəsiz ki, N.Paşinyanın necə davranmasına V.Putinin Bakıda verdiyi bəyanatlar ciddi təsir edib. Faktiki olaraq erməni nazir fakt qarşısında qalıb: o, ya səmərəsiz mövqeyindən əl çəkməlidir, ya da güclü zərbə almalıdır. Bundan hansı yolu seçməyin lazım olduğunu rəsmi İrəvanın özü bilər.

Ancaq maraqlıdır ki, erməni mətbuatı növbəti dəfə real vəziyyəti təhrif olunmuş formada təqdim etməyə girişib. Dərc edilən yazılardan görünür ki, Düşənbədəki qısa söhbəti N.Paşinyanın diplomatik uğuru kimi qələmə verməyə çalışırlar. Görünür, İrəvanda KİV orqanları N.Paşinyan-parlament qarşıdurmasında baş nazirə xal qazandırmağa çalışırlar. Bunun keçici olduğunu hər kəs bilir. Ona görə də N.Paşinyanın "Düşənbə şousunun" şişirdilməsinin uzun sürməyəcəyi qənaətindəyik. Çox keçməz ki, onu məhz bu məsələyə görə tənqid etməyə başlayarlar.

Məsələ belədir ki, Azərbaycan tərəfi ardıcıllıqla öz siyasətini davam etdirir. İlham Əliyev daim münaqişənin ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün bərpa olunması və sərhədlərinin toxunulmazlığı əsasında həlinə üstünlük verdiyini bəyan edib. Bunun üçün Azərbaycan diplomatiyası var gücü ilə fəaliyyət göstərir. Rəsmi Bakı ATƏT-in Minsk qrupu çərçivəsində və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə uyğun hərəkət etməyə həmişə üstünlük verib. Münaqişənin həlli ilə əlaqədar vasitəçilərin və beynəlxalq təşkilatların sənədlərində ifadə edilən prinsiplərə tam əməl edilməsi üçün də Azərbaycan əlindən gələni etməkdədir. Deməli, Düşənbədə faktiki olaraq Azərbaycan rəhbərliyinin iradəsi üstün olub - erməni tərəfi sakit dayanmaqdan başqa yolu qalmadığını anlayır.

Bunlarla yanaşı, rəsmi Bakının heç zaman güzəştə getməyəcəyi bir məsələ var - ərazi bütövlüyünün bərpası! Bu o deməkdir ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz. O cümlədən nə "DQR"in qanuniləşməsi mümkündür, nə də işğalçı ölkəyə bir qarış torpaq belə güzəşt edilə bilməz. Əgər rəsmi İrəvan bu şərtlərə əməl etməsə, müharibə qaçılmazdır.

Nəhayət, N.Paşinyanın Düşənbədən tələsik Dağlıq Qarabağdakı separatçı rejimin başında duran terrorçuya zəng edib, onu təbrik etməsi ucuz təbliğatdan başqa bir şey deyildir. Məlumdur ki, B.Saakyan S.Sarkisyanın komandasındadır və N.Paşinyan da onları düşmən elan edib. Bu səbəbdən erməni baş nazir gülləni boşa atıb. B.Saakyan kimi separatçılar yaxşı bilirlər ki, Dağlıq Qarabağın taleyini Azərbaycan Xalqı və Ordusu həll edəcək. Və gülləni harada, kimə və nə zaman atmağın doğru olduğunu da N.Paşinyan həll etmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2 VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

Azərbaycan nefti 119,26 dollara satılır VİDEO

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir VİDEO

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb