DAHİ BƏSTƏKARIN XATİRƏ GECƏSİ
Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, ictimai xadim və pedaqoq Üzeyir Hacıbəyovun anadan olmasının ildönümü ölkəmizdə geniş qeyd edilir. Sentyabrın 17-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində bu münasibətlə xatirə gecəsi keçirilmişdir. Tədbirdə incəsənət xadimləri, o cümlədən xalq artistləri Əminə Dilbazi, Azər Rzayev, habelə alimlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, tələbələr iştirak edirdilər.
Muzeyin ekspozisiya müdiri Tahirə Səfərova gecəni açaraq xüsusi vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəyovun anadan olduğu gün ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur. O, dahi bəstəkarın həyatı və yaradıcılıq yolu barədə qısa məlumat verərək bildirdi ki, Ü. Hacıbəyov yaratdığı təkrarolunmaz musiqi obrazları ilə dünya mədəniyyəti xəzinəsinə misilsiz töhfə vermiş, ölkəmizi dünyaya tanıdan istedadlı bəstəkarların bütöv bir nəslini yetişdirmişdir.
Sonra Üzeyir Hacıbəyovun əsərlərindən ibarət konsert oldu. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Dövlət Xor Kapellası, Musiqili Komediya Teatrı və Rəşid Behbudov adına Mahnı Teatrı solistlərinin ifasında “Leyli və Məcnun” operasından, “Arşın mal alan” musiqili komediyasından parçalar, “Koroğlu” operasının uvertürası və Nigarın ariyası səsləndirildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [14:26]
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]