Azərbaycan Dövlət İnformasiya Agentliyi

“DanceAbility Azerbaijan”ın təsisçisi Nigar Sultanova: İnklüziv cəmiyyətin qurulması hər kəsə faydalıdır

Bakı, 25 iyul, Anara Axundova, AZƏRTAC

Rəqs edərkən hərəkətləri təkcə bədəni ilə deyil, həm də ruhu və qəlbi ilə yaşayan bir rəqqasə... Onun missiyası rəqs və hərəkət vasitəsilə əlilliyi olan və olmayan insanları birləşdirməkdir. Qəhrəmanımız “DanceAbility Azerbaijan”ın təsisçisi və bədii rəhbəri, müəllim, sosial sahibkar Nigar Sultanovadır. AZƏRTAC ilə söhbətdə Nigar Sultanova “DanceAbility” metodu və özünün yolunun nədən başladığı barədə bəhs edib.

- Nigar xanım, rəqs sənətinə necə gəlmisiniz?

- Rəqslər və incəsənətlə bağlı olan bir çox dərslərlə məktəb vaxtlarından məşğul olmuşam. Nəsrəddin Tusi adına gimnaziyada təhsil almışam, burada incəsənətlə bağlı dərslərə, o cümlədən rəqs dərsinə böyük diqqət yetirilib. Uşaqlıq dövründə otaqda qapını bağlayaraq musiqini yandırıb və istədiyim kimi rəqs etmək çox xoşuma gəlirdi. O vaxt mən bunun improvizasiya və ya intuitiv rəqs adlandırıldığını bilmirdim. Mən rəqqasə olmaq istəyirdim, lakin müəyyən məqamlar səbəbindən bu istiqamətdə yolumu davam etdirmədim. Bakı Slavyan Universitetinə qəbul olundum və paralel olaraq əmək fəaliyyətimə başladım, bir neçə ildən sonra isə anladım ki, yenə də rəqslərlə məşğul olmaq istəyirəm. O zaman mən işlə əlaqədar Türkiyədə yaşayırdım və incəsənət sahəsindəki layihələri koordinasiya edirdim. Müəyyən bir anda dərk etdim ki, insanların birlikdə improvizə edəcəyi məkan yaratmaq istəyirəm. Mən hətta o zaman improvizasiyanı tədqiq edən metodun mövcud olduğunu bilmirdim. İnternetdə “DanceAbility” metodunu işləyib hazırlayan və mənim gələcək müəllimim Alito Alessinin müsahibəsini tapdım. Bu metod 1987-ci ilə aiddir. Onun qeyri-adiliyi ondan ibarətdir ki, mütləq hər kəs vahid bir məkanda iştirak edə bilir: hər hansı bir fiziki və psixi xüsusiyyəti olan insanlar və bu cür xüsusiyyətlərə malik olmayan insanlar. Bu, müxtəlif yaş, müxtəlif peşələr, müxtəlif həyat tərzi olan insanlardır. Mən bunu araşdırmaq istədim. Rəhbərə yazdım və Avstriyaya yola düşdüm. Mənim uzunmüddətli təlimim belə başladı.

- Siz artıq o zaman bu metodla Azərbaycana qayıdacağınızı və onu burada inkişaf edəcəyinizi təxmin edirdiniz?

- Xeyr, əsla, bütün bunlar mərhələli şəkildə baş verirdi. Bu metodu öyrəndikdən sonra Türkiyəyə qayıtdım. Sonra isə doğmalarıma baş çəkmək üçün qısa müddətə Bakıya qayıtdım və qərara gəldim ki, burada olduğum müddətdə cəmiyyətə hər hansı bir fayda gətirmək istəyirəm. Araşdırma apardım və gördüm ki, ölkədə olmadığım müddətdə - həmin dövrdə mən artıq yeddi il Türkiyədə yaşamışdım - bir çox müsbət dəyişiklik baş verib. Əlilliyi olan insanların həyatının keyfiyyətinin yaxşılaşdırılması üzrə işin aparıldığını gördüm. Əlilliyi olan insanlar üçün mərkəzlərlə əlaqə saxladım, dedim ki, bu metodu nümayiş etdirmək istəyirəm. Əlilliyi olan və olmayan insanlardan ibarət qrup yığmağa təklif etdim. Məsələ ondadır ki, çox böyük sayda müxtəlif mərkəzlər var: autizmli insanlar üçün mərkəzlər, Daun sindromu ilə insanlar üçün mərkəzlər, görmə əlilliyi olan insanlar üçün mərkəzlər və digərləri, lakin bütün bu insanların birləşə biləcəkləri hər hansı bir vahid məkan yox idi. Biz məşğələ keçirdik, çox gözəl qarşılıqlı əlaqə yarada bildik. İki həftədən sonra isə Türkiyəyə dönmək istəmədiyimi anladım və Azərbaycanda “DanceAbility” şirkətini qeydiyyatdan keçirdim. Mən artıq sertifikatı olan müəllim idim və filial aça bilərdim. “DanceAbility” Azərbaycan da daxil olmaqla səkkiz ölkədə fəaliyyət göstərir. Bütün filiallar bir birindən asılı deyil, lakin biz aparılmış iş barədə bəhs etmək üçün hər ay onlayn şəkildə yığışırıq. Daim bir-birimizlə ünsiyyət saxlayırıq, bunun sayəsində də işdə yeni ideyalar və istiqamətlər yaranır.

- “DanceAbility” metodu – onun mahiyyəti nə verir, həyatı necə yaxşılaşdıra bilər?

- Bizim hər birimizin hərəkət patternlərimiz, yəni hərəkət naxışlarımız var – necə gəzirik, necə hərəkət edirik və bunlar illər ərzində lay-lay yığılır. Onları genişləndirdikdə, bu şüurumuza və emosional vəziyyətimizə təsir göstərir. Metodda heç bir təzyiq yoxdur. Hətta kimsə gəlib desə ki, mən sadəcə müşahidə etmək istəyirəm, bu da iştirakdır və insana müsbət təsir göstərə bilər. Biz istənilən seçimi dəstəkləyirik. Metodda tamamilə hər kəsə iştirak etmək imkanı verən iki aspekt mövcuddur – interpretasiya və nisbilik. Kimin üçünsə tez – bu, bir cür olur, digəri üçün isə - başqa cür (Göstərir). Hər şey nisbidir. Şüarlarımızdan biri – “Hər bir insan istənilən hərəkəti etməyə və istənilən hissi yaşamağa qadirdir”. Məsələn, mən klassik anlayışda şpaqat aça bilmirəm, özümə məxsus şpaqat aça bilirəm.

- Belə çıxır ki, mən təbiəti və ya heyvanları müşahidə edərək, onların hərəkətlərini rəqsdə “interpretasiya” edə bilərəm?

- Bəli.

- Yəni zooparka gələ bilərəm və....?

- Bəli! (Gülür) Alito nədən başlamışdı? 80-ci illərdə o, həmfikirləri ilə improvizasiyayla məşğul olub. Müasir rəqs ilə. Onlar qeyd edirdilər: “Biz artıq özümüzə maraqlı deyildik, elə nümunələr var idi ki, onları təkrar və təkrar edirdik, genişləndirmək istəyirdik. Onlar nə etdilər? Zooparka getdilər (Gülür) və orada müxtəlif heyvanların hərəkət nümunələrini müşahidə etməyə başladılar, sonra isə studiyaya gələrək bu hərəkətləri interpretasiya etməyə başladılar.

- “Kung Fu”da da bu var axı…

- Bəli, yoqada da. Burada da həmin vəziyyətdir. Biz bədən vəziyyətinin müxtəlif səviyyələri ilə işləyirik: ayaq üstə duraraq, uzanaraq, diz çökərək. Yüksək və aşağı səviyyə nə deməkdir? Axı bu da nisbidir. Məsələn, əgər insan əlil arabasında oturursa, tamamilə iflicdir, onun üçün yüksək və aşağı nə deməkdir? Bəzən insanlar əlil arabasını tərk edib döşəmədə rəqs edirlər. Mənim müəllimim danışırdı ki, günlərin birində onun dərsində tamamilə iflic olan insan iştirak edirdi, o gözləri ilə hərəkət edirdi: onları qaldırırdı, endirirdi, bağlayırdı, yumub-açırdı, lakin o, iştirak edirdi! Bu nə verir? Sosial bacarıqları inkişaf etdirir. Müxtəlif özünü ifadə etmə və kommunikasiya üsulları ilə tanış edir. Verbal – yeganə deyil. Bu, kreativ yanaşma, empatiyanı inkişaf etdirir və ümumi emosional və fiziki vəziyyəti yaxşılaşdırır. Biz hər zaman iştirakçılara xatırladırıq ki, dərslərimizdə əldə etdikləri təcrübəni gündəlik həyatda tətbiq edə bilərlər. Biz bədənimizdə olan hissiyyatı oyandırırıq, bu metod bədənimizlə əlaqəni yaxşılaşdırmağa imkan verir. Bundan əlavə, biz digər insan və ya hətta obyektlə əlaqə yarada bilərik. Bu, müxtəlif imkanları görmək bacarığı verir, şüuru genişləndirir.

- Ümumilikdə ölkədə əlilliyi olan şəxslərlə bağlı vəziyyət necədir?

- Statistikaya görə, ölkəmizdə 450 mindən çox əlilliyi olan insan, 30 inklüziv məktəb var ki, burada əlilliyi olan və olmayan uşaqlar birlikdə təhsil alır. Bu, möhtəşəmdir. Mən bu işdə 2017-ci ildənəm və ötən yeddi il ərzində vəziyyətin necə dəyişdiyini izləyə bilirəm. Bu, daha da yaxşı ola bilər, o şərtlə ki, hər bir vətəndaş əlindən gəldiyi qədər nəsə etsin, əgər o, “mən də hər hansı bir töhfə vermək istəyirəm” desə və buna görə məsuliyyətini dərk etsə. Dövlət, qeyri-dövlət, özəl sektorlar və sosial sahibkarlar əməkdaşlıq edərsə, biz buna daha tez bir vaxtda nail ola bilərik. İnklüziv cəmiyyət qurmaq hər kəsə faydalıdır, çünki heç kəs sığortalanmayıb – mən və ya mənim yaxınlarım istənilən vəziyyətə düşə bilər. Birgə öyrənmə cəmiyyətin bərabər təkamülünü asanlaşdırır. Ayrı-ayrı qrupları deyil, bütöv cəmiyyəti nəzərdə tuturam.

- Nigar xanım, gələcək planlarınızı bölüşün.

- Bu günə qədər Pedaqoji Universitetin 140-dan çox gələcək ibtidai sinif müəlliminə “DanceAbility” metodunu öyrətmişik və onlar bu bacarıqdan Azərbaycanın dövlət məktəblərində inklüziv mühit yaratmaq üçün istifadə edəcəklər.

İndi bizim məqsədimiz bölgələrdir. Mən bu proqramı regionlarda təşviq etmək üçün layihə təqdim etmişəm, müxtəlif bölgələrdən 25 fəal seçmişəm. Proqram bu gənclərə metodu öyrətməkdən ibarətdir, daha sonra onlar artıq yaşadığı bölgələrdə bunu tətbiq edə biləcəklər.

Amma inklüzivlik təkcə əlilliyi olan insanlarla bağlı deyil. Tezliklə internat məktəblərində və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq Tərbiyə Müəssisəsində 14-18 yaşlı yeniyetmələr üçün təlimlər keçirməyi nəzərdə tuturuq. Bu da yetkinlik yaşına çatmayanların sosial reabilitasiyasına müsbət töhfə verəcək. Mən orada sınaq dərsi keçdim, ondan sonra sorğu keçirdik və 22 oğlandan 21-i təlimi davam etdirmək istədiyini bildirdi. Biz layihə işləyib hazırlayırıq ki, onlar, misal üçün, heç olmasa ayda iki dəfə məşq edə bilsinlər. Bundan əlavə, cəzaçəkmə müəssisəsində də qadınlarla dərsləri həyata keçirmək niyyətindəyik.

Biz, həmçinin bu metodu onun tanınmadığı digər ölkələrlə, məsələn, Yaxın Şərq ölkələri ilə də bölüşmək istəyirik.

Əlbəttə ki, Bakıda dərsləri davam etdirmək planları var. Sponsorlarımız və tərəfdaşlarımız sayəsində bütün dərslərimiz tamamilə ödənişsiz keçir - hamı üçün, təkcə əlilliyi olan insanlar üçün deyil. Biz hər kəsə açığıq və həftədə bir dəfə - şənbə günləri saat 14:00-dan 16:00-dək Su İdman Sarayında dərs keçirik. Dərslərdə daimi və ya vaxtaşırı iştirak etmək olar. İştirak etmək istəyənlər (+994 51) 415 16 85 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Multidissiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Podqoritsa forumu: Azərbaycanın turizmin inkişafı üzrə addımları beynəlxalq auditoriyaya çatdırılıb

Dövlət orqanlarındakı vakant vəzifələr üzrə daxili müsahibələrin qrafiki açıqlanıb

Əmanətlərin Sığortalanması Fondu Özbəkistanın Əmanətlərə Zəmanət Agentliyi ilə memorandum imzalayıb

Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Cənubi Koreya bankları məlumat sızmalarından sonra kibertəhlükəsizliyə ayırdıqları vəsaiti artıracaqlar

Bakı, Ağsu və Şəmkirdə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 137 min manata yaxın ziyan vurulub