Daşkəsəndə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə dama yarışı keçirilib
Daşkəsən, 16 yanvar, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsəndə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş dama idman növü üzrə birincilik keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin, rayon üzrə Gənclər və İdman Sektorunun və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda tam orta məktəblərdən şagirdlər iştirak ediblər.
Fərqlənən məktəblilər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif olunublar.