Daşkəsəndə "Kurortların inkişaf perspektivləri" mövzusunda seminar keçirilmişdir
Daşkəsən, 14 may (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Daşkəsən rayonunda "Kurortların inkişaf perspektivləri" mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin, Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri, 40-dan çox sahibkar iştirak etmişdir.
"Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planı çərçivəsində keçirilmiş seminarda regionun kurort işçilərinin peşə səviyyəsinin artırılması, maarifləndirmə təlimlərinin keçirilməsinin zəruriliyi qeyd olunmuş, regionda dünya standartlarına cavab verən sanatoriya, kurort və pansionatların, eləcə də turizm obyektlərinin yaradılması üçün investorların cəlb olunması barədə fikir mübadiləsi aparılmışdır.
Sonda Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]