Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

Bakı, 31 iyul, AZƏRTAC

Orta Dəhliz artıq ənənəvi nəqliyyat marşrutu kimi deyil, Avrasiyada formalaşan yeni iqtisadi və investisiya sisteminin əsas sütunlarından biri kimi qiymətləndirilir. Bu gün əsas məsələ marşrutun Şimal və ya Cənub dəhlizləri ilə rəqabət aparması deyil. Hazırkı mərhələdə əsas rəqabət Avrasiyanın yeni nəqliyyat-investisiya sisteminin idarəetmə mərkəzinin harada formalaşacağı ilə bağlıdır.

Bunu AZƏRTAC-a açıqlamasında qazaxıstanlı nəqliyyat və təhlükəsizlik məsələləri üzrə ekspert Dastan Ospanov deyib.

Ekspert bildirib ki, beynəlxalq maliyyə institutlarının proqnozları Orta Dəhlizin gələcək inkişaf perspektivlərini aydın şəkildə göstərir.

“Dünya Bankının qiymətləndirmələrinə görə, infrastruktur və inzibati maneələr aradan qaldırılacağı təqdirdə, 2030-cu ilədək Orta Dəhliz üzrə yükdaşımaların həcmi 11 milyon tona çata bilər ki, bu da mövcud göstəricilərdən təxminən 2,5 dəfə çoxdur. Bu isə o deməkdir ki, artıq rəqabət tranzit uğrunda deyil, Avrasiyanın əsas logistika və investisiya mərkəzi olmaq uğrundadır. Bir çoxları hələ də Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında tranzit ölkəsi kimi qəbul edir. Əslində isə daha dərin transformasiya prosesi gedir. Bakı tədricən Avrasiyanın logistika və investisiya birjasına çevrilir. Əgər əvvəllər dövlətlər tranzit yüklərinin həcminə görə rəqabət aparırdılarsa, bu gün artıq istehsal müəssisələrinin, paylama mərkəzlərinin, maliyyə institutlarının və beynəlxalq şirkətlərin regional qərargahlarının yerləşdirilməsi uğrunda rəqabət gedir. Təsadüfi deyil ki, Azərbaycan son illərdə nəqliyyat infrastrukturunun inkişafına milyardlarla dollar sərmayə yatırıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hazırkı ötürücülük qabiliyyəti 15 milyon ton yük və 150 min TEU təşkil edir, gələcəkdə isə bu göstəricinin 25 milyon tona və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur. Eyni zamanda, Ələt Azad İqtisadi Zonası Avropa və Mərkəzi Asiya bazarlarına yönəlmiş şirkətlər üçün yeni sənaye platformasına çevrilməkdədir”, – deyə Dastan Ospanov bildirib.

Sərhəd-keçid məntəqələrində “bir dayanacaq” modeli

O hesab edir ki, Orta Dəhlizin inkişafında növbəti mərhələ artıq infrastruktur deyil, idarəetmə və xidmətlərin keyfiyyəti ilə müəyyənləşəcək. 2030-cu ildə yük sahibi marşrutu onun 100 kilometr qısa olmasına görə deyil, sənədləşmənin iki gün deyil, 15 dəqiqəyə başa çatmasına, yükün real vaxt rejimində izlənməsinə, tariflərin əvvəlcədən məlum olmasına və çatdırılma müddətinin müqavilə ilə təmin edilməsinə görə seçəcək. Məhz buna görə də növbəti böyük layihə yeni dəmir yolu deyil, Orta Dəhliz üzrə vahid rəqəmsal nəqliyyat məkanının yaradılması olmalıdır.

“Yüklər beş-altı ölkənin sərhədini, sanki bir dövlət daxilində inzibati sərhədləri keçirmiş kimi rahat keçməlidir. Vahid elektron yük sənədi, limanların, dəmir yollarının, gömrük və sərhəd xidmətlərinin sinxron fəaliyyəti, şəffaf tarif siyasəti əlavə dəmir yolu xətləri tikilmədən də marşrutun ötürücülük qabiliyyətini artırmağa imkan verəcək. Avropa Yenidənqurma və İnkişaf Bankının qiymətləndirmələrinə görə, məhz sərhədlərin keçilməsi üçün tələb olunan vaxtın azaldılması Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından ən mühüm amillərdən biridir”, – deyə ekspert bildirib.

Onun fikrincə, növbəti mühüm addım sərhəd infrastrukturunun daha dərin inteqrasiyası olmalıdır. Sərhəd-keçid məntəqələrində ‘bir dayanacaq’ modelinə keçmək lazımdır. Dünyanın müxtəlif regionlarında uğurla tətbiq edilən bu modelə əsasən, gömrük, sərhəd, baytarlıq, fitosanitar və digər nəzarət qurumlarının nümayəndələri eyni terminalda birgə fəaliyyət göstərirlər. Bütün prosedurlar bir nöqtədə həyata keçirilir və sərhəd keçildikdən sonra təkrar yoxlamaya ehtiyac qalmır. Bu yanaşma sərhədkeçmə müddətini bir neçə dəfə azaltmağa, növbələri minimuma endirməyə, nəqliyyat xərclərini aşağı salmağa və nəzarət prosedurlarının təkrarlanmasını demək olar ki, tam aradan qaldırmağa imkan verir.

Kritik əhəmiyyətli minerallar, nadir torpaq elementləri...

D.Ospanov əlavə edib ki, yaxın onillikdə Orta Dəhlizin əsas yük bazasını kritik əhəmiyyətli minerallar formalaşdıra bilər. “Yaxın on ildə Orta Dəhlizin əsas yükü Çin konteynerləri deyil, kritik əhəmiyyətli minerallar, nadir torpaq elementləri, akkumulyator sənayesi, enerji və yüksək texnologiyalar üçün komponentlər ola bilər. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə, 2040-cı ilədək litiuma qlobal tələbat 40 dəfədən çox, qrafitə 25 dəfə, nikelə isə təxminən 20 dəfə arta bilər. Mərkəzi Asiya uran, mis, xrom, manqan və nadir torpaq metalları üzrə böyük ehtiyatlara malikdir. Azərbaycan isə bu məhsulların Avropa bazarlarına çıxışı üçün təbii qapıya çevrilir. Yeni istehsal və logistika zəncirləri də məhz bu yüklər ətrafında formalaşacaq. Bu gün investor milyardlarla dollar sərmayə yatırarkən yalnız layihənin dəyərini deyil, marşrutun 10, 20 və ya 30 ildən sonra da sabit işləyəcəyinə olan inamı qiymətləndirir. Buna görə də Avrasiyanın ən mühüm infrastruktur layihəsi artıq dəmir yolu deyil, siyasi sabitlik və proqnozlaşdırılabilən inkişafdır. Prezident İlham Əliyev ardıcıl şəkildə uzunmüddətli sülhün təmin olunması, nəqliyyat kommunikasiyalarının açılması və Cənubi Qafqazın iqtisadi əməkdaşlıq məkanına çevrilməsi gündəliyini irəli sürür. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də bütün beynəlxalq platformalarda regionda geosiyasi gərginliyin azaldılmasının tərəfdarı kimi çıxış edir. Əslində hər iki lider gələcək investisiyalar üçün siyasi risklərin minimuma endirilməsi kimi eyni strateji məqsədə xidmət edir. Qlobal kapital üçün isə əsas seçim meyarı məhz siyasi proqnozlaşdırılabilənlikdir”, – deyə o vurğulayıb.

Orta Dəhliz - Avrasiyanın yeni iqtisadi qurşağı

D.Ospanov bildirib ki, Avropa İttifaqının Azərbaycana yanaşması da keyfiyyətcə yeni mərhələyə keçib. Əgər əvvəllər Aİ ilə Azərbaycan arasında münasibətlər əsasən enerji sahəsi ətrafında qurulurdusa, indi Avropa Azərbaycanı Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin əsas qovşağı kimi qiymətləndirir. Əgər C6+1 formatı yalnız siyasi dialoq platforması kimi deyil, həm də DFC, ABŞ EXIM Bankı, IFC, AYİB, beynəlxalq investisiya fondları və özəl kapitalın iştirakı ilə konkret maliyyə mexanizmləri ilə təmin olunarsa, o zaman Orta Dəhlizin infrastruktur layihələrinin maliyyələşdirilməsində ən səmərəli platformalardan birinə çevrilə bilər.

“Bu gün regionda Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat, enerji, rəqəmsal və ticarət dəhlizlərinin kəsişdiyi yeganə ölkə Azərbaycandır. Buna görə də Bakı təkcə tranzit qovşağı deyil, investisiya qərarlarının qəbul olunduğu, yeni təchizat zəncirlərinin formalaşdırıldığı və beynəlxalq konsorsiumların yaradıldığı mərkəzə çevrilə bilər. Orta Dəhliz” anlayışı mövcud reallığı tam əks etdirmir. “Dəhliz” termini A nöqtəsindən B nöqtəsinə aparan yolu ifadə edir. Halbuki bu marşrut boyunca artıq sənaye klasterləri, azad iqtisadi zonalar, logistika habları, rəqəmsal platformalar, enerji layihələri və yeni investisiya mexanizmləri formalaşır. Bu artıq klassik nəqliyyat marşrutu deyil, Avrasiyanın yeni iqtisadi qurşağıdır”, – deyə o qeyd edib.

Ekspert sonda vurğulayıb ki, XXI əsrdə dövlətlərin uğuru ərazi rəqabəti ilə deyil, iqtisadi inkişaf göstəriciləri ilə ölçüləcək. Ona görə də on ildən sonra Orta Dəhlizin uğuru cəlb olunan investisiyaların həcmi, yaradılan yeni istehsal müəssisələri, açılan iş yerləri və Azərbaycanı, eləcə də Mərkəzi Asiya ölkələrini regional mərkəz kimi seçən beynəlxalq şirkətlərin sayı ilə ölçüləcək. Məhz onda tam aydın olacaq ki, Orta Dəhliz nəqliyyat marşrutundan Avrasiyanın yeni iqtisadi platformasına çevrilib”, – deyə Dastan Ospanov fikrini yekunlaşdırıb.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib