Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycan dəfələrlə sübut edib ki, öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək gücündədir

Deputat: Azərbaycan dəfələrlə sübut edib ki, öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək gücündədir

Bakı, 16 may, AZƏRTAC

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda təkcə Azərbaycan torpaqlarının işğalına əsaslanan uzunmüddətli sistem dağılmadı. Belə ki, onilliklər boyu beynəlxalq hüquqdan danışıb, əslində isə öz geosiyasi maraqlarına xidmət edən beynəlxalq vasitəçilik mexanizmlərinin üzərində qurulmuş bütün siyasi konstruksiya da iflasa uğradı. Məhz buna görə bu gün bəzi Qərb siyasətçilərinin və strukturlarının Azərbaycanın formalaşdırdığı yeni regional reallığa qarşı bu qədər əsəbi münasibəti müşahidə olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müasir diplomatiya tarixində siyasi riyakarlığın və diplomatik acizliyin ən “parlaq” nümunələrindən biri ATƏT-in Minsk qrupunun fəaliyyəti oldu. Təxminən otuz il ərzində bu mexanizm Ermənistan-Azərbaycan münaqişəsinin əsas həll platforması kimi təqdim edilirdi. Lakin parlaq diplomatik ifadələrin arxasında sadə həqiqət dayanırdı: Minsk qrupu münaqişəni həll etmir, onu donduraraq qoruyurdu. Çünki BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya və Fransa kimi böyük siyasi və hərbi imkanlara malik dövlətlər həmsədrlər olaraq faktiki danışıqlar prosesini sonsuz imitasiya mexanizminə çevirmişdilər. Halbuki, məhz bu ölkələr Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin etməli idilər. Amma işğalçıya təzyiq əvəzinə dünya klassik ikili standart siyasətinin şahidi oldu.

Sevinc Fətəliyevanın sözlərinə görə, beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına uyğun gələndə onun prinsipləri yüksək tribunalardan müdafiə olunurdu. Söhbət Azərbaycandan gedəndə isə həmin prinsiplər birdən-birə aktuallığını “itirirdi”. Otuz il ərzində Azərbaycan şəhərləri dağıdıldı, məscidlər və qəbiristanlıqlar məhv edildi, mədəni irs silinməyə çalışıldı, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirildi. Bütün bunlar beynəlxalq vasitəçilərin gözü qarşısında baş verirdi, lakin heç kim açıq-aşkar həqiqəti görmək və demək istəmirdi. Üstəlik, Minsk qrupunun həmsədrləri davamlı olaraq “münaqişənin hərbi həlli yoxdur” tezisini irəli sürürdülər. Əslində isə Azərbaycana öz torpaqlarının işğalı ilə barışmaq təklif olunurdu. Başqa sözlə, Bakını diplomatik yollarla kapitulyasiyaya məcbur etməyə çalışırdılar. Ən təhlükəli məqamlardan biri isə bəzi Qərb siyasətçilərinin və dairələrinin işğalın nəticələrinin legitimləşdirilməsinə yönəlmiş ritorikanı tədricən dövriyyəyə buraxması idi. Süni siyasi konstruksiyalar yaradılır, təhlükəli terminologiyalar irəli sürülür, Azərbaycan torpaqlarının işğalı isə beynəlxalq hüququn kobud şəkildə pozulması deyil, “mübahisəli məsələ” kimi təqdim edilirdi.

Milli Məclisin deputatı qeyd edib ki, 44 günlük Vətən müharibəsi bütün bu sxemi dağıtdı: “Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də bütün dünyaya beynəlxalq vasitəçiliyin əsl mahiyyətini göstərdi. Məhz Azərbaycan BMT Təhlükəsizlik Şurasının onilliklər boyu icra olunmayan qətnamələrini özü yerinə yetirdi. Bu, təkcə hərbi deyil, həm də siyasi qələbə idi. Təsadüfi deyil ki, müharibədən sonra Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərinə açıq şəkildə onların xidmətlərinə artıq ehtiyac olmadığını bildirdi. Əslində bu, illərlə münaqişə ətrafında qurulmuş diplomatik riyakarlıq sisteminə verilmiş siyasi hökm idi”.

Onun fikrincə, bu gün həmin qüvvələr regionda təsirlərini artıq yeni mexanizmlər vasitəsilə saxlamağa çalışırlar. Bu istiqamətdə ən aqressiv xətti isə Fransa aparır. Paris artıq neytral vasitəçi görüntüsü yaratmaq cəhdindən tamamilə imtina edib və açıq şəkildə Ermənistanın tərəfində dayanır. Burada söhbət artıq sadəcə diplomatik dəstəkdən getmir. Biz Cənubi Qafqazda neokolonial siyasət elementlərinin tətbiqinə şahidlik edirik. Kiçik dövlət xarici maraqların alətinə çevrilir. Bu isə xüsusilə Fransanın Afrikada neokolonial siyasətinə görə ciddi tənqid olunduğu bir dövrdə daha paradoksal görünür.

Deputat əlavə edib ki, Ermənistandakı Avropa İttifaqı missiyası məsələsi də ayrıca diqqət tələb edir. Onun sözlərinə görə, əgər tərəflər sülh danışıqları aparır və sülhə sadiq olduqlarını bəyan edirlərsə, o zaman Azərbaycanın sərhədləri yaxınlığında xarici missiyanın yerləşdirilməsinə nə ehtiyac var? Cavab aydındır. Bu struktur sülhü möhkəmləndirmək üçün deyil, regionda Qərbin yeni siyasi iştirak mexanizmini formalaşdırmaq üçün yaradılıb. Təsadüfi deyil ki, bu missiyanın əsas təşəbbüskarlarından biri yenə Fransadır. Paris Avropanın Ermənistanda mövcudluğunu gücləndirməyə çalışır. Əslində isə bir neçə il əvvəl başlanan və ciddi suallar doğuran “binokl diplomatiyası” davam etdirilir. Bütün bunlara baxmayaraq, regionda real sülhün əsas təşəbbüskarı məhz Azərbaycandır. Müharibədən sonra sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması təşəbbüsü ilə çıxış edən tərəf də Bakı olub. Lakin sülh yalnız ərazi bütövlüyünün tanınması və revanşizmdən imtina əsasında mümkündür.

“Azərbaycanda çox yaxşı anlayırlar ki, Ermənistanda revanşist qüvvələr hələ də mövcuddur. Üstəlik, bəzi xarici dairələr Ermənistan cəmiyyətində müharibənin nəticələrinin dəyişdirilə biləcəyi ilə bağlı təhlükəli illüziyaları qidalandırmaqda davam edirlər. Bu isə regionu yenidən təhlükəli qarşıdurmaya sürükləyə biləcək məsuliyyətsiz siyasətdir. Azərbaycan dəfələrlə sübut edib ki, öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək gücündədir. Əgər ölkəmizə qarşı yenidən təxribatlar və ya təhdidlər olarsa, cavab sərt və qəti olacaq. Bu gün dünya dərin geosiyasi böhranlar, müharibələr və iqtisadi təlatümlərlə üz-üzədir. Enerji bazarlarında qeyri-sabitlik, ərzaq qiymətlərinin artması, Yaxın Şərqdə gərginliyin yüksəlməsi beynəlxalq sistemi ciddi sınaq qarşısında qoyur. Xüsusilə Hörmüz boğazı ətrafındakı vəziyyət qlobal iqtisadiyyat üçün ciddi risk mənbəyinə çevrilib. Belə bir dövrdə Azərbaycanın sabitliyi və təhlükəsizliyi daha böyük əhəmiyyət qazanır. Ölkəmiz təkcə regionun deyil, daha geniş coğrafiyanın enerji, logistika və siyasi dialoq mərkəzlərindən birinə çevrilir. Məhz buna görə bu gün Azərbaycanın yaratdığı yeni regional reallıq bir çoxlarını ciddi şəkildə narahat edir. Çünki uzun illərdən sonra ilk dəfə Cənubi Qafqazın gündəliyini xarici güclər deyil, məhz Azərbaycan müəyyənləşdirir. Bu, son illərin ən mühüm siyasi nəticəsidir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib