Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə!
Bakı, 24 may, AZƏRTAC
Mayın 26-dan iyunun 2-dək müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, diaqnostik qiymətləndirmədə respublikanın ümumtəhsil müəssisələrində çalışan 20 minədək müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaqlar.
Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunacaq qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat istifadəçilərin şəxsi səhifələrinə göndəriləcək.
İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi mayın 26-dan 27-dək, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə mayın 29-dan iyunun 2-dək keçiriləcək.
Namizədlərdən imtahan aparılacaq ünvana (Azərbaycan Texniki Universiteti, Ayna Sultanova küçəsi, 5) şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]