Dillər Universitetinin Konfutsi İnstitutu “Çin arzusu və dünya” mövzusunda inşa müsabiqəsi elan edib
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Çin Arzusu Günü” bayramına həsr olunmuş “Çin arzusu və dünya” mövzusunda inşa müsabiqəsinə dəvət edir.
ADU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə Azərbaycan, Çin, ingilis və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. İnşalar ədəbi-bədii məziyyətinə və orijinallığına görə qiymətləndiriləcək. Çin dilində inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.
Müsabiqə iştirakçılarının işləri noyabrın 20-dək [email protected] elektron poçt ünvanında qəbul edilir.
Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirmək və müasir Çinin ictimai-siyasi həyatına marağı dəstəkləməkdir.