Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diplomatların Gəncə şəhəri, Samux və Göygöl rayonlarına səfərləri başa çatıb

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhəri, Samux və Göygöl rayonlarına səfərləri aprelin 3-də başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar səfərlərinin ikinci günü Gəncə şəhərinin tarixi-mədəni yerləri, habelə turizm potensialı ilə yaxından tanış olublar.

Əvvəlcə qonaqlar Gəncə şəhərinin mərkəzinə gəliblər. Burada diplomatlara 1606-cı ildə şəhərin mərkəzi meydanının yuxarı hissəsində səfəvi hökmdarı Şah Abbas tərəfindən inşa edilmiş Cümə məscidi və Çökək hamam haqqında məlumat verilib. Şəhərin tarixi və müasir mərkəzi ilə tanışlıq zamanı qonaqlar Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun türbəsində olub, məzarını ziyarət ediblər.

Bildirilib ki, 2004-cü ildə Gəncə şəhərinə növbəti səfəri zamanı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Cavad xanın qəbrini ziyarət etmiş və qəbrin üzərində türbənin inşa edilməsi qərara alınmışdır. Türbənin tikintisi və ətraf ərazinin abadlaşdırılması Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir.

Sonra qonaqlar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar.

Bildirilib ki, bu mədəniyyət ocağının təməli 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.

Altımərtəbəli binada inzibati otaqlar, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına verilib. Binanın üçüncü mərtəbəsinin eyvanında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.

Daha sonra qonaqlar Dövlət Kamera Orkestrinin məşq konsertinə baxıblar.

Qonaqların Gəncə şəhərinə səfərləri çərçivəsində tanış olduqları sonuncu məkan “Xan bağı” olub.

Bildirilib ki, hazırda Gəncədə istər genişliyinə, istərsə də gözəlliyinə görə bir-birindən yaraşıqlı parklar, xiyabanlar, istirahət guşələri olsa da, şəhərin mərkəzindəki “Xan bağı” gəncəlilər üçün ən sevimli istirahət məkanı olaraq qalmaqdadır.

Hazırda 3 hektarlıq ərazini əhatə edən “Xan bağı” ilin bütün fəsillərində gözəldir və istər yaşlı, istərsə də yeniyetmə və gənclərin mədəni istirahəti üçün ən ideal məkandır.

“Xan bağı” Gəncə-Qarabağ bəylərbəyilərinin istirahət və ovlağı olub. Keçmişdə xeyli böyük olan bu yeri gözəlliyinə görə “Ənbər guşə” adlandırıblar. Vaxtilə beş yüzdən artıq ağac və gül növünün olduğu bağda bitkilərin 150 növü vegetativ həyat sürüb.

Tarixi mənbələr bu bağın 1588-ci ilə Osmanlı qoşunlarının Qafqazdakı komandanı Fərhad paşa tərəfindən salındığını yazır. Fərhad paşa Qara dəniz sahilindən, xüsusilə Batumidən hündürlüyü 3-4 metr olan Xamerops palması, Himalay kedrası, bambuk ağacı, yunan qozu, Suriya qızılgülü, yapon saforası, rozmarin, həmçinin digər müxtəlif növ ağac və gül kolları gətizdirərək bu bağda əkdirib.

“Xan bağı” bütün dövrlərdə Gəncə xanlarının sevimli istirahət məkanı olaraq qalıb.

Rus çarının fərmanına əsasən, Yelizavetpoldakı (indiki Gəncə) bağ 1847-ci ildən Qafqaz sərdarı Knyaz M.S.Vorontsovun şərəfinə adlandırılıb. Fərmandan sonra dövlət bankından ayrılan vəsait hesabına Krımdan buraya 1 milyon 200 min ədəd müxtəlif növ ağac, meyvə, gül və bəzək kolları gətirilərək əkilib. 1873-cü ildə III Aleksandr tərəfindən imzalanan şəhərin yeni baş planına əsasən bağda növbəti dəfə dəyişiklik edilib. Layihəyə əsasən bağa yeni ağac və gül növləri - ağ akasiya, katalon, kipris, Eldar şamı, Sabin şamı, nar, yapon xurması, çəhrayı çiçəkli oleandr, eləcə də digər ağac və gül kolları gətirilib. Həmçinin bağda ilk dəfə olaraq heykəllər qoyulub və ətirli ağaclar əkilib.

Hazırda “Xan bağı”nda 1588-ci ildə inşa edilən Gəncə qala divarlarının qalığı olan Şirəli bəy bürcü və Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarüstü abidəsi yerləşir. Parkın girişində fəvvarələr quraşdırılıb. Yaşı 300-ü ötmüş və cərgə ilə əkilmiş çinarların arasında isə Azərbaycanın ilk qadın xalq şairi Nigar Rəfibəylinin abidəsi ucaldılıb. Burada, həmçinin şəhərin mədəni tədbirləri üçün nəzərdə tutulan “Yaşıl Teatr” yerləşir. Parkın ətrafı isə digər tarixi əhəmiyyətli tikililər və abidələrlə zəngindir.

Qonaqlara “Xan bağı”nın ətrafındakı tarixi tikililər - 1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şura və hökumətinin fəaliyyət göstərdiyi binalar haqqında məlumat verilib.

Gəncə şəhəri ilə tanışlıqlarını başa vuran qonaqlar Göygöl rayonuna yola düşüblər.

Qonaqları Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin başçısı Arif Seyidov, icra aparatının və ictimaiyyətin nümayəndələri qarşılayıblar. Qonaqları salamlayan Arif Seyidov bu cür təşəbbüsün bölgələrin sosial-iqtisadi və mədəni inkişafı, eləcə də turizm potensialının tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova qonaqları salamlayıb, missiya iştirakçılarına xoş səfər təəssüratları arzulayıb.

Bildirilib ki, Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Virtemberq krallığından gələn koloniyaçılar tərəfindən qoyulub. Şəhərin adı da elə alman koloniyaçıları tərəfindən Helenendorf adlandırılıb. İkinci Dünya müharibəsi başlayanadək burada dinc və əmin-amanlıq şəraitində yaşayan almanlar 1941-ci ildə Stalinin əmri ilə Sibirə və Qazaxıstana sürgün ediliblər. Ötən illərdə bir neçə dəfə adını dəyişən rayon 2008-ci ildən Göygöl adlandırılıb. Vaxtilə almanlar tərəfindən salınan küçələr, tikilən eyvanlı, çatmatağlı evlər və alman lüteran kilsəsi bu gün də mühafizə olunur. Kilsədə rayonun keçmişini, eləcə də almanların tarixini və məişətini əks etdirən çoxlu sayda qiymətli eksponat qorunub saxlanılır. Göygöl şəhərində küçələrlə irəlilədikcə burada almanlara məxsus onlarla maddi-mədəni tikiliyə, tarixi nişanəyə rast gəlmək mümkündür.

Sonra Göygöl şəhər məktəbliləri qonaqlar qarşısında müxtəlif xalqların musiqi və rəqsləri əsasında hazırlanmış bədii proqramla çıxış ediblər. Həmçinin qonaqlar məktəblilərin Novruz bayramı münasibətilə hazırladığı əl işlərindən ibarət sərgiyə baxıblar.

Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn qonaqlara məlumat verilib ki, 1822-ci ildə alman koloniyaçıları tərəfindən qurulan ilk ibadət evinin yerində 1854-1857-ci illərdə memar Ferdinand A. Lemkulun rəhbərliyi ilə Müqəddəs Yohannis kilsəsi tikilib. Hazırda kilsə muzey binası kimi fəaliyyət göstərir. Muzeydə nümayiş olunan tarixi eksponatlar, vaxtilə almanlar tərəfindən istifadə edilən məişət əşyaları, geyimlər və tarixi fotolar qonaqlarda böyük maraq yaradıb.

Göygöl şəhərində alman koloniyaçıları tərəfindən salınmış küçələrdə gəzinti, XIX əsrin ictimai və yaşayış binaları ilə tanışlıq xarici qonaqlarda xoş təəssürat yaradıb.

Sonra qonaqlar Göygöl şərab zavodunun məhsullarından ibarət dequstasiyada iştirak ediblər.

Qonaqlara məlumat verilib ki, Göygöldə ilk şərab zavodu 1860-cı ildə alman koloniyaçıları Forer qardaşları tərəfindən qurulub. Göygöldə yetişdirilən üzümlərdən hazırlanan növbənöv şərabların şöhrəti tezliklə Azərbaycanın hüdudlarından kənara çıxıb. Alıcısı əsasən Avropalılar olan bu şərabların keyfiyyəti dünya bazarlarında yüksək qiymətləndirilib. Forer qardaşlarının şərabları demək olar ki, bütün sərgilərdə qızıl medallara layiq görülüb.

Məlumat verilib ki, şərab hazırlanmasında keçmiş ənənəni qoruyub saxlayan Göygöl Şərab Zavodu hazırda müasir sənaye texnologiyasının imkanlarından istifadə edərək öz istehsalını artırır. İndi zavodda bütün növ spirtli içkilər, habelə 14 çeşiddə zərif və tünd şərablar istehsal edilir.

Daha sonra qonaqlar Göygöl Şərab Zavodunun istehsalı olan şərabların dequstasiyasını ediblər.

Azərbaycan Dövlətinin Rəmzləri Muzeyi ilə tanışlıq da maraqlı keçib. Burada 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən əvvəl və sonra Azərbaycan ərazilərinin əks edildiyi xəritələr, tarixən ölkəmizdə mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, eləcə də qədim sikkələr, xatirə medalları qonaqlarda Azərbaycan tarixinə maraq yaradıb.

Qonaqların rayonla tanışlığı çərçivəsində səfər etdikləri sonuncu məkan füsunkar təbiət möcüzəsi - Göygöl olub. Bildirilib ki, 1139-cu ildə Kiçik Qafqaz dağlarında güclü zəlzələ baş verib. Zəlzələnin təsirindən Kəpəz dağının zirvəsi uçaraq Ağsu çayının qarşısını kəsib və əsrarəngiz gözəlliyə malik, nadir təbiət incisi Göygöl yaranıb. Hazırda Göygölə yaxın ərazilərdə bir-birindən gözəl 17 göl var. Göllərin hər biri müxtəlif əlamətlərinə görə adlandırılıb. Lakin onlardan Göygöl və Maralgöl daha məşhurdur. Hər il 10 minlərlə turistin səfər etdiyi bu ərazilərdə həm də Azərbaycan təbiətinin ən nadir fauna və flora növləri qorunur.

Dağların qoynu ilə ensiz dolama yollardan, sıx meşələrdən keçdikdən sonra dəniz səviyyəsindən 1556 metr yüksəklikdə qonaqların gözləri qarşısında açılan ecazkar təbiət mənzərəsi onlara xoş təsir bağışlayıb. Qonaqlar gölün kənarında xatirə şəkilləri çəkdiriblər.

Beləliklə, 60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatların Gəncə şəhəri, Samux və Göygöl rayonlarına ikigünlük səfərləri başa çatıb.

Səfərlər zamanı diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək