Donald Tramp açıqlamasında ABŞ ilə Çin arasında ticarət əlaqələrinin mövcud vəziyyətinə toxunub
Bakı, 9 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə verdiyi açıqlamalarının birində hər iki ölkənin əqli mülkiyyət məsələsində ortaq qərara gələ biləcəyinə ümidvar olduğunu bildirib.
AZƏRTAC "hurriyet.com.tr" saytına istinadla xəbər verir ki, Donald Tramp ABŞ-Çin arasında ticarət əlaqələrinin bundan sonra da genişlənəcəyini xüsusi vurğulayıb.
ABŞ Prezidenti deyib: "Ticarət münasibətlərində iki ölkə arasında əldə olunacaq hər hansı bir razılaşmaya rəğmən, Çin Prezidenti Xi Jinping ilə hər zaman dostuq. Çin ticarət münasibətlərində mövcud olan maneələri çox məharətlə aradan qaldıracaq. Çünki bu hədəflərə doğru atılacaq ən doğru addımlardan biri olardı. Əqli mülkiyyət haqqında razılaşma mütləq əldə olunacaq. Hər iki ölkəni gözəl gələcək gözləyir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]