Doqquz ayda quşçuluq müəssisələrində diri çəkidə 52,7 min ton quş əti istehsal edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Cari ilin oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 197,3 min baş qoyun və keçi, 2 milyon 666,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 289,2 min baş inək və camış mövcud olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövrdə quşçuluq müəssisələrində diri çəkidə 52,7 min ton (keçən ilin yanvar-sentyabr aylarında 51,8 min ton) quş əti və 485,2 milyon ədəd (keçən ilin yanvar-sentyabr aylarında 601,7 milyon ədəd) yumurta istehsal olunub.
Ümumilikdə, bu müəssisələr üzrə quşların sayı 11 milyon 945,8 min baş olaraq, hər yumurtlayan toyuqdan orta hesabla 139 ədəd yumurta alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]