Dörd ayda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artmışdır
Bakı, 14 may (AZƏRTAC). Fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla dörd ayda 9,8 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,9 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sənaye məhsulunun 75,4 faizi mədənçıxarma bölməsində, 17,9 faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artmış, neft-qaz sektorunda isə 3,6 faiz azalmışdır.
Mədənçıxarma bölməsində ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı 2,9 faiz azalmışdır. Dörd ayda 15,9 milyon ton neft, 8,4 milyard kubmetr qaz hasil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]