Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət bayrağımızın yolu

Dövlət bayrağımızın yolu

Bakı, 6 noyabr, AZƏRTAC

Dövlət Bayrağı Gününü fərqli əhvali-ruhiyyədə - qalib xalq, qalib dövlət olaraq qeyd edirik. Ötən il Dövlət Bayrağı Günü ərəfəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz xalqımız üçün təkcə ərazi deyil, daha çox milli-mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərini azad edərək bayrağımızı sancmaqla möhtəşəm bir tarix yaratdı. Millətə belə bir ümid verdi ki, zaman gələcək, bu gözəl bayraq hüdudlarımızdan kənardakı tarixi torpaqlarımızda da ucaldılacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlı deyib.

O bildirib ki, qədim və zəngin dövlətçilik tariximizdə mövcud olan çoxlu bayraqlarımızın üzərində köklərimiz, gücümüz müxtəlif işarələrlə ehtiva olunub. İndiki bayrağımızın qəbul edilməsinin isə bəlli bir tarixi var. Azərbaycan istiqlalının ideoloqlarından biri olan Əli bəy Hüseynzadə milli köklərimiz olan türklüyü, inkişafımız üçün zəruri olan müasirliyi, modernləşməni və mənəvi köklərimiz olan İslamı təməl olaraq irəli sürüb. Cümhuriyyət xadimləri isə onu qəbul edərək bayraq halına gətiriblər.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı haqqında hökumət qərarı 1918-ci il iyunun 24-də müvəqqəti paytaxt olan Gəncədə verilib. Osmanlı bayrağına bənzəyən ilk dövlət bayrağı qırmızı rəngdə idi, üstündə aypara və səkkizguşəli ulduz əks edilmişdi. Fərq yalnız Osmanlı bayrağında olan beşguşəli ulduzda idi. Bu bayraq həmin il noyabrın 9-dək mövcud olub.

Məlum olduğu kimi Mudros atəşkəsinin imzalanması ilə Qafqaz İslam Ordusu Bakını tərk etdikdən sonra müttəfiqlər adından şəhərə ingilis qüvvələri gəlməli idi. Cümhuriyyət nümayəndələri və general Tomson arasında Ənzəlidə keçirilən görüşdə qarşı tərəf bildirdi ki, Azərbaycan dövləti Osmanlı intriqaları nəticəsində yaradılıb, Osmanlı bayrağına bənzəyən bir bayrağın asıldığı yerə müttəfiqlər daxil ola bilməzlər. Bundan sonra indiki üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Cümhuriyyət hökumətinin qərarı ilə qəbul edildi. Eni 1, uzunluğu 2 metr olan bayrağın üzərində olan göy rəng milli köklərimizi - türklüyümüzü, ucalığımızı, əbədi varlığımızı, qırmızı rəng müasirliyi, yeniləşməni, demokratiyanı, yaşıl rəng mənəvi köklərimiz olan İslam dininə mənsub olduğumuzu bildirir. Bayrağımızda olan aypara yeni yaranmış müsəlman ölkəsi anlamına gəlir. Dövlətimiz dünyəvi, demokratik olsa da, ölkəmiz müsəlman ölkəsidir.

Bayrağımızdakı səkkizguşəli ulduzun tarixi kökləri olduqca qədimə gedib çıxır. İslama qədərki bir sıra tarixi abidələrdə səkkizguşəli ulduza rast gəlinir. Müsəlman olmayan bəzi xalqların da qədim abidələrində səkkizguşəli ulduz vardır. Bu, həyatın davamlılığı, əbədiyyət, millətin və dövlətin daim var olması anlamına gəlir.

1920-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Cümhuriyyət süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra üçrəngli bayraqdan imtina olundu. Azərbaycan Sovet Sosialist Respublikasının bayrağı qəbul edildi. Sovet hakimiyyəti illərində bu bayraq da bir neçə dəfə dəyişdirildi.

Professor Musa Qasımlı vurğulayıb ki, dövlət müstəqilliyimizin rəmzi olan Cümhuriyyət bayrağına yeni həyatın verilməsi, ilk dəfə rəsmi dövlət bayrağı kimi qəbul edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiya iclasında hələ SSRİ-nin, sovet sisteminin, kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, muxtar respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarıldı, “Ali Sovet” “Ali Məclis” adlandırıldı, Azərbaycan SSR-in dövlət bayrağından imtina edildi və Cümhuriyyətin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edildi. Bu, sadəcə sovet Azərbaycanın rəmzindən imtina edilməsi və digərinin qəbul olunması demək deyildi. Üçrəngli bayraq XX əsrdə ilk müstəqil dövlətimizin atributu olduğundan onun qəbulu da SSRİ tərkibində olmağa qarşı çıxmaq, müstəqil yaşamaq, dövlət müstəqilliyinin təməlinin atılması demək idi. Bununla, qədim diyarımız olan Naxçıvan müasir, müstəqil Azərbaycan dövlətinin təməllərinin rəsmi şəkildə atıldığı ilk yer, onun memarı isə Heydər Əliyev oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həmin iclasında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Cümhuriyyətin bayrağını Azərbaycanın dövlət bayrağı olaraq qəbul etsin. Vəsatətə baxan Ali Sovet 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul etdi. Eyni zamanda, Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı”.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncama əsasən noyabrının 9-nun Dövlət Bayrağı Günü elan edilməsi ilə dövlətçiliyimizdə varislik və ənənə yaradıldı. Cümhuriyyət hökumətinin dövlət bayrağımız haqqında qərar qəbul etdiyi 9 noyabr tarixi noyabrın 17-də (yəni bu bayrağın ilk dəfə rəsmi olaraq 1990-cı il noyabrın 17-də qəbul edildiyi günlə eyni gündə) imzalanan sərəncamla ölkəmizdə Dövlət Bayrağı Günü bayram və qeyri-iş günü olaraq təsis edildi. Bu dövlətçilik tariximizə böyük hörmət və ehtiram idi.

“Bu gün bayrağımız xarici ölkələrdə səfirliklərimizin, konsulluqlarımızın, Azərbaycanın üzv olduğu beynəlxalq və regional təşkilatların binalarının qarşısında, dünya okeanında üzən gəmilərimizin üzərində, düşmən işğalından azad edilən torpaqlarımızda dalğalanır. Ölkəmizdə gənc nəslin vətənpərvərlik və dövlətçilik uğrunda tərbiyə edilməsində müstəsna rol oynayan Dövlət Bayrağı muzeyləri yaradılıb. Bayrağımız milli qürur mənbəyimizdir”, - deyə professor Musa Qasımlı qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO