Dövlət hesabına verilən dərmanların siyahısı genişləndirilir?
Bakı, 29 fevral, AZƏRTAC
Dövlət hesabına verilən dərmanların siyahısının genişləndirilməsi təklif edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü ilə dair məruzəsində bildirilib.
Məruzədə hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsi təklif olunur.
Eyni zamanda, ixtisaslaşdırılmış tibb müəssisələrində narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə müvafiq şöbənin yaradılması təklifi irəli sürülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [21:16]
“Ümid Yeri”ndə uşaqlara bayram sevinci yaşadılıb
- 28.05.2026 [20:35]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.05.2026 [18:23]
Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər
- 28.05.2026 [17:49]
Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib
- 28.05.2026 [17:14]
Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib
- 28.05.2026 [16:57]