Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib
Bakı, 18 sentyabr, AZƏRTAC
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq sentyabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Dövlət Komitəsi sədrinin 2025-ci il 15 aprel tarixli əmri əsasında seçki komissiyası yaradılıb. Seçkiləri Komitənin nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası təşkil edib. 16 namizədin sənədləri rəsmi qeydiyyata alınıb. Seçki prosesinin sonunda səslər komissiya üzvləri tərəfindən hesablanıb. Seçkilərin şəffaflığını təmin etmək məqsədilə şəffaf seçki qutuları qoyulub.
Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranın yeni üzvləri seçiliblər:
1. “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov
2. "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri – Hafiz Səfixanov
3. Qərbi Azərbaycan İcmasının təşəbbüs qrupundan namizəd – Rufik İsmayılov
4. Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Babək Aslanov
5. Cəbrayıl rayonundan Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Səbuhi Hüseynov
6. Xankəndi şəhəri məcburi köçkünlərin təşəbbüs qrupu tərəfindən namizəd, hüquqşünas – Səbuhi Səmədov
7. “Türküstan” Media Qrupunun rəhbəri – Aqil Camal
8. “Odlar Yurdu” İctimai Birliyinin sədri – Həcər Əkbərova
9. Ağdərə rayonundan məcburi köçkünlərin təşəbbüs qrupunun namizədi, Azərbaycan Dillər Universitetinin müəllimi – Qorxmaz Mustafayev
10. “Regional Gender Mərkəzi” İctimai Birliyinin sədri – Şərqiyyə Dadaşova
11. “Zəngəzur Cəmiyyətləri” İctimai Birliyi – Fəridə Cabbarova.