Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçı Qəbələdə olub. Şəhərin eyniadlı təmsilçisi “İmişli”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Bu nəticədən sonra “qırmızı-qaralar" 4 xalla altıncı, eyni xala malik “İmişli” isə yeddinci pillədədir.
Günün digər qarşılaşmasında isə “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı”nı sınağa çəkəcək. Görüşə saat 20:15-də start veriləcək.
Turun digər oyunları sentyabrın 5-6-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [19:00]
"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır
- 28.10.2026 [17:56]
Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub
- 28.10.2026 [17:23]
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub
- 28.10.2026 [16:50]
İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb
- 28.10.2026 [16:43]
Premyer Liqa klubları cərimələnib
- 28.10.2026 [16:08]