Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik

Şəki, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın dövlət-din modeli bütün dünya üçün nümunədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 1-də Şəkidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən konfransın ikinci panelində səsləndirilib.

Tədbirdə Dövlət Komitəsinin və şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, Şəhər Ağsaqqallar Şurasının üzvləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, fəal gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfransın təşkilatçı qurumlarının rəhbərləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, bu gün ölkəmizdə dövlət-din münasibətlərinin mövcud səviyyəsinin ən yaxşı model kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə yardım edir. Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, tolerantlıq mühitinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi ilə bağlı görülən işlər barədə geniş məruzə edib. Komitə sədri bildirib ki, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq, dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Hətta Azərbaycan təcrübəsindən, modelindən istifadə etmək istəyən Qərb dövlətləri də az deyil. Bütün bunlar həm də ulu öndər Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi çox mühüm hadisə idi və bunun böyük siyasi, iqtisadi, mənəvi və ideoloji əhəmiyyəti vardır. Bu gün bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin və xalqların inkişafına hərtərəfli dəstək verməkdir. Bu proses başqa bir platformada bu gün də davam etməkdədir.

Komitə sədri bildirib ki, bu günlər xalqımız çox əlamətdar tarixi hadisəni - Azərbaycanın tarixində çox mühüm və əhəmiyyətli yer tutmuş Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Cümhuriyyətin tarixinin öyrənilməsi və ictimaiyyətə çatdırılması çox vacib bir məsələdir. Demokratik Cümhuriyyətin quruculuğunda həyata keçirilən tarixi işlər sonrakı dövrlərdə də Azərbaycan xalqının inkişafına, tarixinə, mənəvi həyatına çox böyük təsir göstərib.

Mübariz Qurbanlı deyib: “Cümhuriyyətin 100 illiyinin qeyd edərkən, eyni zamanda, AXC rəhbərlərinin o dövrdə həyata keçirdiyi siyasətin ayrı-ayrı istiqamətlərini də bir daha tarixi olaraq nəzərdən keçirmiş oluruq. Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik”.

Komitə sədri bildirib ki, Xalq Cümhuriyyəti dövründə Cümhuriyyətin siyasətində dövlət-din məsələləri çox əhəmiyyətli yerlərdən birini tutub. Bu da təsadüfi deyildi. Çünki Azərbaycanda Çar Rusiyasının süqutundan sonra müstəqil dövlət yaradılması istiqamətində fəaliyyətə başlanılanda daxildə qarşıdurma yaratmaq, ölkənin müstəqilliyinin qarşısını almaq üçün müxtəlif vasitələrə əl atılırdı. Bu vasitələrdən biri də məzhəblərarası qarşıdurma yaratmaq və bu məzhəbləri bir-biri ilə toqquşdurmaqla Azərbaycanın inkişafını ləngitmək idi. “Cümhuriyyətin qurucuları bunu yaxşı dərk edərək, o dövrdə xüsusi Dini Etiqad Nazirliyi yaratmışdılar. Şeyxülislamla müftini birləşdirən bu qurum Azərbaycan xalqını vahid ideya ətrafında cəmləşdirərək bu cür təxribatların qarşısını almağa müvəffəq oldu”, - deyə Mübariz Qurbanlı bildirib.

Qeyd edilib ki, Xalq Cümhuriyyəti dövründəki dövlət-din modelində vahid din, vahid sistem, vahid idarəçilik dini azadlıq istiqamətində qurulub. Bu, çox önəmli bir nümunə olub və müsəlman dünyasında ən mütərəqqi modellərdən biri hesab olunub.

Komitə sədri Mübariz Qurbanlı vurğulayıb ki, dövlət-din modelinin varisliyi Xalq Cümhuriyyəti dövründən bu günümüzə daşınıb. Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik bizim Konstitusiyamızın ana sütunlarından biridir.

Müsəlman dünyasını ümumi məqsəd ətrafında birləşdirməyin və vahid mövqedən çıxış etməyin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin dövlətimizin başçısının İslam birliyinə həssas münasibətini göstərdiyini bir daha vurğulayıb. Əlavə edib ki, İslam həmrəyliyi ancaq müsəlman ölkələrində deyil, bütün dünyada sülhün və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov və Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev çıxış edərək, rayondakı mövcud dini durum barədə məlumat verib, din sahəsində zərərli ideyaların yayılmasının qarşısının alınmasında belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb