Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların müraciətini onlayn formatda dinləyib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, müraciətlər, əsasən, miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub. Müraciətlərin əksəriyyəti yerində həllini tapıb. Xidmət rəisi qaldırılan digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.