“Dövlət qulluğu” jurnalının 1-ci nömrəsi nəşr edilib
Bakı, 24 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının 1-ci nömrəsini çap etdirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu nömrədə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar (03.01.2019-cu il tarixə)", “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə aid statistik təhlil (03.01.2019-cu il tarixə)”, “Dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş şəxslərin siyahısı (01.10.2018 - 03.01.2019)” və digər zəruri məlumatlar dərc edilib.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:10]
Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb
- 08.06.2026 [15:04]
BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub
- 08.06.2026 [14:59]
Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub
- 08.06.2026 [14:34]
BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq
- 08.06.2026 [12:28]
AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur
- 08.06.2026 [11:48]
Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?
- 08.06.2026 [11:37]