DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN AKADEMİYASINA QƏBUL ÜÇÜN MÜSABİQƏ KEÇİRİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilmişdir.
Müsabiqəyə riyaziyyat fənni üzrə müsbət nəticə göstərən və ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılmışlar.
Müsabiqə nəticəsində qəbul olunmuş gənclərin siyahısı Dövlət Sərhəd Xidmətinə göndərilmişdir.
Adı çəkilən ali məktəbə sənəd vermiş və müsabiqədən keçmiş gənclər iyulun 17-dən 22-dək Dövlət Sərhəd Xidmətinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməmək müvafiq ixtisasa yerləşdirilməkdən imtina etmək kimi qiymətləndiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]