Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİSİ, GENERAL-MAYOR ELÇİN QULİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident! 

Cənab Ali Baş Komandan!

Gərgin iş rejiminizə və vaxtınızın məhdud olmasına baxmayaraq, Dövlət Sərhəd Xidmətinin rəhbər heyətini və sərhəd dəstələrinin rəislərini tərəfinizdən qəbul edilmək şərəfinə layiq bildiyinizə, dövlət sərhədlərinin mühafizəsinə daimi diqqət və qayğınıza görə Azərbaycan sərhədçiləri adından Sizə dərin təşəkkür və ehtiramımızı bildirirəm.

Möhtərəm cənab Prezident!

Cari ilin fevral ayının 4-də Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında 2002-ci il ərzində xidməti-döyüş fəaliyyətinin yekunlarına dair xidməti müşavirə keçirilmişdir. Sərhəd qoşunlarının il ərzindəki xidməti-döyüş fəaliyyəti, əldə olunmuş nəticələr, nöqsanlarımız təhlil edilmiş, gələcək işimizin istiqamətləri müəyyənləşdirilmişdir.

Xidməti müşavirədə bildirilmişdir ki, ötən il dövlət sərhədlərinin mühafizəsində yeni dövrün başlanğıcı olmuş və qoşunların perspektiv inkişafının təməlinin qoyulması ilə səciyyələnmişdir.

Cənab Prezident, 2002-ci il ərzində Dövlət Sərhəd Xidmətinin fəaliyyətində ən əlamətdar hadisə mart ayının 6-da Sərhəd Qoşunlarının 2001-ci il üçün xidməti-döyüş hesabatının tərəfinizdən qəbul edilməsi olmuşdur. Siz qarşımızda beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının yayılmasına, narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dəniz sərhədlərinin möhkəmləndirilməsi kimi vəzifələr qoyaraq, fəaliyyət proqramımıza çevrilmiş dəyərli tövsiyələrinizi verdiniz. Sərhəd Qoşunlarının tarixinə çox mühüm hadisə kimi yazılmış bu görüş gələcək uğurlarımızın ilkin zəmini olmuş, göstəriş və tapşırıqlarınız Qoşunların gələcək inkişafının istiqamətlərini müəyyənləşdirmişdir.

Möhtərəm cənab Prezident!

2002-ci il iyul ayının 31-də Dövlər Sərhəd Xidmətinin yaradılması haqqında verdiyiniz Fərman Azərbaycan sərhədçilərinə inam və etimadınızın göstəricisi olaraq, dövlət sərhədlərinin etibarlı mühafizəsinin ön plana çəkildiyini, bu məsələlərin xüsusi diqqət mərkəzində olduğunu nümayiş etdirdi.

Ötən ilin noyabr ayının 1-dən etibarən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə və rütbə maaşlarının artırılması, dekabr ayının 12-də isə Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin, Dövlət Sərhəd Xidmətinin strukturunun, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi, eləcə də Dövlət Sərhəd Xidmətinə 2003-cü il üçün büdcə ayırmalarının 44 faiz artırılması dövlət sərhədlərinin mühafizəsinə xüsusi qayğınızın, sərhədçilərə olan diqqətinizin təcəssümü olmuşdur.

2002-ci il ərzində Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sərhəd dəstələri, sərhəd sahə komendantlıqları, sərhəd zastavaları, sərhəd nəzarəti dəstəsi, sərhəd nəzarəti məntəqələri, sərhəd gözətçi gəmilər briqadası və hərbi hissələr vasitəsilə təşkil edilmişdir.

2002-ci ildə dövlət sərhədinin mühafizəsinə aşağıdakı əsas amillər təsir göstərmişdir:

- müqabil ölkə xüsusi xidmət orqanlarının sərhəddə kəşfiyyat-təxribat fəaliyyətlərinin davam etməsi;

- üçüncü ölkə vətəndaşlarının ərazimizdən tranzit kimi istifadə etməklə Qərbi Avropa ölkələrinə getmə cəhdlərinin artması;

- ölkə ərazisinin narkotik maddələrin tranziti üçün istifadə cəhdləri;

- qacaqmalçılıq və digər məqsədlərlə dövlət sərhədinin pozulması halları;

- Şimali Qafqazda gedən proseslərlə bağlı Dağıstan Respublikasında əməliyyat şəraitinin gərgin olaraq qalması;

- Zaqatala və Balakən hadisələri ilə əlaqədar bölgədə əməliyyat şəraitinin gərginləşməsi;

- Gürcüstanla həmsərhəd rayonlarda əməliyyat şəraitinin qeyri-sabitliyi, müqabil ərazidə çeçen yaraqlılarının məskunlaşması və onlara qarşı Gürcüstan Respublikasının güc strukturları tərəfindən antiterror əməliyyatlarının keçirilməsi;

- dəniz sərhədlərindəki mövcud gərginlik;

- xidmətdə olan sərhəd naryadlarına qarşı təzyiqlər, bəzi hallarda silahlı müqavimət göstərilməsi;

- müqabil ölkələrin həmsərhəd rayonlarında sərhəd pozucularına kömək göstərən mütəşəkkil bələdçi qrupların fəaliyyəti;

- RF ilə sərhəddə yerləşən SNM-də müqabil tərəfdən vaxtaşırı nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətlərinə məhdudiyyətlərin qoyulması;

- müqabil ölkələrdə çap olunmuş separatçı yönümlü və dini ədəbiyyatın Azərbaycan Respublikasına gətirilməsi cəhdləri.

Cənab Ali Baş Komandan!

2002-ci il ərzində şimal və şimal-qərb sərhədlərimizin möhkəmləndirilməsi istiqamətində müvafiq tədbirlər görülmüş, 24 sərhəd məntəqəsi, o cümlədən Zaqatala sərhəd dəstəsinin xidməti sahəsində Lələli, Almalı, Qarabulaq, Üzümlükənd və Çalban, Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Burunqovaq, Salahlı, Hacadağ, Çobandağ kəndləri ərazisində yeni sərhəd zastavaları, Zaqatala sərhəd dəstəsində üçmərtəbəli kazarma binası və qarnizon xidməti üçün digər tikililər, Xudat sərhəd dəstəsinin Xaçmaz və Şirvanovka komendantlıqlarının binaları istifadəyə verilərək xidməti fəaliyyətə başlanılmışdır. Daha 10 sərhəd zastavasının tikintisi davam etdirilir.

2002-ci il ərzində Zaqatala və Balakən rayonları ərazisində əməliyyat şəraitinin gərginləşməsi ilə əlaqədar bu istiqamətdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi məqsədi ilə görülmüş tədbirlər, o cümlədən Zaqatala sərhəd dəstəsinin xidməti ərazisində kəşfiyyat yoxlamasının aparılması, ərazidə sərhəd pozucularının ehtimal olunan hərəkət marşrutlarının öyrənilməsi, yeni sərhəd zastavalarının xidməti fəaliyyətə başlaması, 5 sərhəd zastavasının dağlarda 3500-4000 metr hündürlükdə xidmətinin təşkil edilməsi sayəsində uzun müddət ərzində bölgədə qatı cinayətlər törətmiş Hacı Maqomedovun başçılıq etdiyi quldur dəstəsinin fəaliyyətinə son qoyulmuş, dəstənin başçısı məhv edilmişdir.

Bölgədə terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində Rusiya ərazisində bir sıra terror aktlarının keçirilməsində iştirakı olan bir nəfər RF vətəndaşı və Gürcüstan ərazisində gedən antiterror əməliyyatları ilə əlaqədar Azərbaycan ərazisinə keçmiş 1 nəfər çeçen yaraqlısı tutulmuş, RF-də cinayət törədərək Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində gizlənmiş iki Rusiya vətəndaşı yaxalanmışdır.

 

İl ərzində sərhəd-keçid məntəqələrindən keçən Azərbaycan vətəndaşlarına qarşı məhdudiyyətlərin tədbiq edilməsi və onlara qarşı cinayət xarakterli əməllərin qarşısının alınması məqsədi İlə tərəfimizdən müvafiq tədbirlər görülmüş, o cümlədən sərhəd nümayəndələri səviyyəsində aparılmış danışıqlar nəticəsində bu cür qeyri-qanuni hərəkətlər törətmiş RF vətəndaşlarının cinayət məsuliyyətinə cəlb olunmasına nail olunmuşdur.

2002-ci il ərzində Rusiya ərazisindən Azərbaycana silah-sursat gətirilməsi cəhdi qeydə alınmışdır. 2002-ci il sentyabrın 20-də Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilərkən 2 ədəd AKS, 1 ədəd AKSU tipli silah, 16 ədəd avtomat darağı və 180 ədəd patron “Samur” sərhəd nəzarət məntəqəsində sərhəd naryadı tərəfindən aşkarlanmışdır.

İran İslam Respublikası ilə dövlət sərhədində qaçaqmalçılıq və digər məqsədlərlə sərhədin pozulma hallarına qarşı mübarizə sahəsində görülmüş tədbirlər nəticəsində 715 nəfər sərhəd pozucusu saxlanılmış, 25 halda 6 kiloqram 090 qram narkotik maddənin ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınmışdır.

2002-ci ildə Xəzər dənizində dövlət sərhədinin mühafizəsinin gücləndirilməsinə, neft yataqlarının mühafizəsində Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş mühüm vəzifələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinə yüksək üzmə qabiliyyətinə malik 3 gəminin verilməsi və mövcud olan gəmilərin əsaslı təmiri nəticəsində sərhəd gözətçi gəmilərinin sayı artırılmış, Xəzər dənizində ilk dəfə olaraq genişmiqyaslı sərhəd mühafizə təlimləri keçirilmişdir.

Dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üçün yeni, müasir tələblərə cavab verən sərhəd infrastrukturunun layihəsi hazırlanmış, sərhəd gözətçi gəmilər briqadasının bazası və 4 gözətçi gəmisi tam təmir olunmuşdur. Briqadanın xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmiş, Lənkəran rayonunun Nərimanabad və Xaçmaz rayonunun Niyazoba qəsəbələrində gəmilər üçün sahil məntəqələrinin yaradılması işləri başlanılmışdır. Sərhəd gözətçi gəmiləri müasir tipli naviqasiya cihazları ilə, radiostansiyalarla, kiçik müasir qayıqlarla, digər avadanlıqla təmin edilmişdir.

2002-ci ildəki əlamətdar hadisələr sırasında Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusunun respublikanın dövlət mükafatlarına layiq görülməsini, görülmüş işlərdən isə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Səngəçal aerodromunun Dövlət Sərhəd Xidmətinə verilməsi sayəsində qoşunların aviadəstəsinin formalaşdırılmasına başlanılmasını, Dövlət Sərhəd Xidmətinin 2005-ci ilə qədər perspektiv inkişaf proqramının hazırlanmasını, Şəki sərhəd dəstəsinin xidməti fəaliyyətə başlamasını qeyd etmək istərdim.

2002-ci il ərzində qoşunların xidməti-döyüş hazırlığının yüksək səviyyədə saxlanılması xüsusi diqqət mərkəzində olmuş, hərbi hissələrin təlim-tədris bazalarının genişləndirilməsi məqsədi ilə məqsədyönlü işlər görülmüşdür. Tədris yeni proqram əsasında aparılmış, sərhəd dəstələrində və bölmələrdə yoxlamalar keçirilmişdir.

Ötən il ərzində Sərhəd Qoşunlarında yeni, müasir tələblərə cavab verən döyüş və komandir hazırlığı proqramları, müxtəlif dərsliklər və təlimatlar hazırlanmışdır.

Dövlət sərhədinin mühafizəsinin mühəndis baxımından gücləndirilməsi məqsədi ilə iyun və dekabr aylarında sərhəd dəstələrində “mühəndis aylıqları” təşkil edilərək, 20 ədəd müşahidə qülləsi və 16 ədəd müşahidə məntəqəsi tikilmiş, 364,9 kilometr nəzarət-iz zolağı və 39,6 kilometr nəzarət zolağı çəkilmiş, 122 ədəd müşahidə qülləsi, 87,5 kilometr mühəndis-texniki və maneə çəpəri, 35 körpü təmin olunmuş, bütün sərhəd zastavalarında və sərhəd naryadlarının xidməti ərazisində müdafiə mövqeləri təkmilləşdirilib bərpa edilmişdir.

Hesabat müddətində DSX-nin müasir radiotelekommunikasiya sistemi, bütün sərhəd dəstələrinin ərazisində naryad - zastava- komendantlıq - sərhəd dəstəsi radiorabitə şəbəkələri yaradılmışdır.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri inkişaf etdirilmiş və müsbət nəticələr əldə olunmuşdur. Azərbaycan Respublikası ilə NATO arasında “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yaradılmış əlaqələr ardıcıl surətdə inkişaf etdirilmişdir. İyun ayında NATO-nun Baş Qərargahında “NATO-Azərbaycan” formatında ikitərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyi mövzusunda müşavirə keçirilmiş, dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində NATO ilə əməkdaşlığın perspektivləri nəzərdən keçirilmişdir. Azərbaycan sərhədlərinin mühafizəsinin monitorinqinin keçirilməsi məqsədi ilə NATO mütəxəssislərinin Bakıya səfərləri təşkil edilmişdir.

“Kütləvi qırğın silahlarının komponentlərinin yayılmasının qarşısının alınması” proqramı çərçivəsində Azərbaycan Respublikası və ABŞ hökumətləri arasında sərhəd mühafizəsi üzrə əlaqələr daha da inkişaf etdirilmiş, Proqram üzrə ayrılmış maliyyə vəsaiti dəniz briqadasının maddi-texniki bazasının gücləndirilməsinə və dövlət sərhədində rabitə sisteminin qurulmasına yönəldilmişdir.

2002-ci ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti ABŞ-a səfər etmiş, aparılmış danışıqlar zamanı DSX-yə ayrılmış bir sərhəd gözətçi gəmisinin gətirilməsi, mövcud gəmilərin müasir avadanlıqla təmin edilməsi, şəxsi heyət üçün treninqlərin keçirilməsi barədə razılıq əldə olunmuşdur.

İl ərzində sərhəd mühafizə orqanlarının Macarıstan Respublikasında keçirilən beynəlxalq Şiofok konfransının iclaslarında fəal iştirak edilmiş, Almaniya Federativ Respublikasına, Polşa Respublikasına işgüzar səfərlər edilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi nəticəsində 15 nəfər hərbi qulluqçu Polşa Respublikasında 1 illik təlimə göndərilmişdir.

2002-ci ilin yanvar ayında İranin Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum, Rusiya Federasiyası ilə “Sərhəd nümayəndələrinin fəaliyyəti haqqında” saziş, mart ayında Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Departamenti ilə sərhəd nəzarəti sahəsində, əməliyyat-axtarış fəaliyyətində əməkdaşlıq və məlumat mübadiləsi barəsində 3 protokol imzalanmışdır.

Sərhədyanı əhalinin, təşkilatların sərhədin mühafizəsində sərhədçilərə kömək göstərilməsi işində məsuliyyətlərinin artırılması məqsədi ilə hüquq mühafizə orqanları ilə birgə dövlət sərhədi haqqında qanunvericiliyin tələblərinin izah edilməsinə dair yığıncaqlar və görüşlər keçirilmişdir.

 

Kadrların seçilməsi, yerləşdirilməsi də il ərzində fəaliyyətimizin əsas istiqamətlərindən biri olmuşdur. Məruzə edirəm ki, təsdiq etdiyiniz strukturu, hərbi qulluqçuların və işçilərin ümumi say tərkibi əsasında Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatının, sərhəd dəstələrinin və digər hərbi hissələrin yeni ştatları hazırlanaraq təsdiqlənmiş, zabit və gizir heyəti yeni vəzifələrə təyin olunmuşlar.

Dövlət Sərhəd Xidmətində zabit heyətinin çatışmazlığını aradan qaldırmaq üçün keçən il verdiyiniz göstərişlər əsasında MTN Akademiyasının sərhəd fakultəsi fəaliyyətə başlamış, 68 kursant tədrisə cəlb edilmişdir.

Sərhəd-keçid məntəqələrinin xidmətinin Avropa standartları səviyyəsində təşkil edilməsi üçün bir sıra beynəlxalq təşkilatlar, xüsusən Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əlaqələr yaradılmış, Binə hava limanında sərhəd fəaliyyətinin sadələşdirilməsi məqsədi ilə monitorinq keçirilmişdir.

Möhtərəm cənab Prezident!

Ötən il ərzində dövlət sərhədinin mühafizəsinin əməliyyat cəhətdən təminatı gücləndirilmiş, ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılan tədbirlər nəticəsində bir sıra uğurlar qazanılmışdır.

2002-ci il ərzində, müqabil ölkə xüsusi xidmət orqanlarının 5 nəfər məxfi əməkdaşı ifşa edilmişdir.

Hesabat dövründə üçüncü ölkə vətəndaşlarının saxta sənədlərlə AR ərazisindən tranzit kimi istifadə edərək, Avropa ölkələrinə getmə kanalı müəyyən olunmuşdur. Binə hava limanında saxta sənədlərlə Avropa və MDB ölkələrinə getmək istəyən 178 nəfər, o cümlədən 45 nəfər İİR vətəndaşı saxlanılaraq, müvafiq tədbirlər həyata keçirildikdən sonra ölkə hüdudlarından kənarlaşdırılmışlar.

Ötən il ərzində şəxsi heyətin təlim-tərbiyə işləri də ciddi nəzarətdə saxlanılmışdır. Azərbaycan Respublikasının daxili və xarici siyasətini, respublikada gedən ictimai-siyasi prosesləri, əlamətdar tarixi hadisələri, Azərbaycan Respublikasının Prezidenti, Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab Heydər Əliyevin nitqlərinin şəxsi heyətə çatdırılması təmin edilmiş, bu nitqlərdən irəli gələn tələblərin öyrənilməsi və təbliğ olunması üçün sərhəd dəstələrində və hərbi hissələrdə müvafiq işlər aparılmışdır.

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” silsiləsindən rayon icra hakimiyyətlərinin ictimai-siyasi şöbələrinin, Gənclər, İdman və Turizm Nazirliyinin yerli təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev - Azərbaycan dövlətçiliyi və ordu quruculuğu” mövzusunda elmi-praktiki konfranslar keçirilmişdir.

2002-ci il ərzində tərbiyə işləri təşkil edilərkən respublikanın ictimai, iqtisadi və mədəni həyatı ilə bağlı əlamətdar hadisələrə, habelə sərhəd qoşunlarının xidməti döyüş fəaliyyətinin təbliğ edilməsinə geniş yer verilmiş, televiziya kanallarının və digər kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək, Sərhəd Qoşunlarının Xidməti döyüş fəaliyyətini əks etdirən çoxsaylı silsilə verilişlər hazırlanmış və müntəzəm olaraq ölkə ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi İttifaqı ilə qarşılıqlı əlaqədə “Azərbaycan Sərhəd Qoşunları bu gün” mövzusunda sənədli telefilm, nəsr, musiqi, rəsm əsəri və tətbiqi incəsənət nominasiyaları üzrə müsabiqə keçirilmiş, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılmış, təqdim olunmuş əsərlərin nümayiş etdirilməsi məqsədi ilə sərgi təşkil olunmuş, tədbir kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Gənclərdə sərhədçi peşəsinə marağın artırılması, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə Təhsil Nazirliyi ilə qarşılıqlı əlaqədə sərhədyanı rayonların məktəbliləri arasında “Vətən sərhəddən başlayır” mövzusunda zonalar üzrə inşa müsabiqələri keçirilmişdir. Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və fəxri fərmanlar verilmişdir. Bu tədbirin keçirilməsində Zaqatala məktəblilərinin fəallıq nümayiş etdirdiklərini xüsusi vurğulamaq istərdim.

Aprelin 11-də Qusar şəhərində, iyunun 15-də isə Xaçmaz şəhərində “Dövlət sərhədini qorumaq ümumxalq işidir” devizi altında Dövlət Sərhəd Xidməti rəisinin və təhsil nazirinin rayon ictimaiyyəti və məktəblilərlə görüşü keçirilmişdir. Görüşdə yerli əhali və sərhədçilər arasında əlaqələrin genişləndirilməsi, rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məsələləri müzakirə olunmuşdur.

Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında C.Naxçıvanski adına Hərbi Litseyi bitirmiş və hazırda sərhəd qoşunlarında xidmət edən məzunların toplantısı keçirilmiş, Heydər Əliyev hərb məktəbinin məzunları olan sərhədçi-naxçıvanskilər adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilmişdir.

Hesabat ilində Dövlət Sərhəd Xidmətində idmançıların yetişdirilməsinə xüsusi diqqət yetirilmiş, hərbi hissələrdə kütləvi idman tədbirləri keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin idmançıları beynəlxalq yarışlarda müsbət nəticələr əldə etmişlər.

Möhtərəm cənab Prezident!

Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi sayəsində əldə olunmuş nəticələr statistik göstəricilərdə öz əksini tapmışdır. Belə ki, il ərzində dövlət sərhədində sərhəd rejimi pozuntularında iştirakı olan 8299 nəfər (2001-ci ildə 6853 nəfər) saxlanılmışdır.

Təxmini dəyəri 8 milyard 693 milyon 601 min manat olan qaçaqmal, o cümlədən 21 ədəd zinət əşyaları, 8 ədəd “AK” markalı avtomat silah, 2 ədəd tapança, 37 ədəd pnevmatik tapança, 155 ədəd ov tüfəngi, 6 ədəd qumbara, 4 ədəd gecəgörmə cihazı, 38,6 kiloqram barıt, 22,3 ton əlvan metal, 6 kiloqram 500 qram narkotik maddə, 544 ədəd peyk teleqəbuledicisi, 168 min 503 ədəd müxtəlif növ geyim əşyaları, 29 min 845 ədəd spirtli içki, 18 min 206 litr spirt, 517 min 816 qutu siqaret, 316,1 kiloqram balıq kürüsü, 1211 baş mal-qara və sair tutulmuşdur.

Hesabat ilində dövlət sərhədindən keçən şəxslərin nəqliyyat vasitələrinin üzərində etibarlı sərhəd nəzarəti təmin edilmişdir. 268 (2001-ci ildə 38) nəfər axtarışda olan şəxs saxlanılaraq hüquq-mühafizə orqanlarına, habelə İnterpola təhvil verilmişdir.

Cənab Ali Baş Komandan!

Bu gün Dövlət Sərhəd Xidmətinin fəaliyyətində nöqsanlar da mövcuddur. Bunların aradan qaldırılması üçün Dövlət Sərhəd Xidməti heyətinin bütün qüvvə və bacarığı səfərbər edilmişdir. Çalışırıq ki, 2003-cü ilin xidməti-döyüş fəaliyyətində daha yüksək nailiyyətlər əldə edək.

Bu gün hər bir Azərbaycan sərhədçisi Vətənimizin xoşbəxt gələcəyinə əmindir. Cənab Prezident, bizim nikbinliyimiz Sizin yeritdiyiniz müdrik siyasətə və rəhbərliyiniz altında əldə edilən taleyüklü qələbələrə əsaslanır!

 

Möhtərəm cənab Prezident!

Məruzə edirəm ki, 2003-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

-Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşə hazırlığını artırmaq, hərbi nizam-intizamı möhkəmləndirmək, şəxsi heyətin mənəvi-pisixoloji vəziyyətini Silahlı Qüvvələrin Ali Baş Komandanının tələbləri səviyyəsində təmin etmək;

- Dövlət Sərhəd Xidmətinin normativ-hüquqi bazasını təkmilləşdirmək, bütün xidmət istiqamətləri üzrə yeni əsasnamə və təlimatlar hazırlamaq;

-dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi məqsədi ilə sərhəd gəmiləri üçün sahil məntəqələrinin yaradılması işlərini davam etdirmək, ilin sonuna qədər dəniz mühafizə sistemini tam hazır vəziyyətə gətirmək;

-beynəlxalq əlaqələrin inkişafını davam etdirmək;

-Dövlət Sərhəd Xidmətinin telekommunikasiya sisteminin təkmilləşdirilməsi işini davam etdirmək.

Horadiz, Xudat, Zaqatala, Şəmkir və Şəki sərhəd dəstələrində yeni sərhəd zastavaları və komendantlıqlar üçün kazarma binalarını, “Sərhədci” istirahət və idman komplekslərini inşa etmək.

Cənab Ali Baş Komandan!

Bütün sərhədçilərimiz adından Sizi əmin edirəm ki, 2002-ci ildə yaratdığınız Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Prezidentinə, xalqına sədaqətlə xidmət edəcək, dövlətçiliyimizin keşiyində ayıq-sayıq duracaq, qarşımıza qoyduğunuz tapşırıqların yerinə yetirilməsi üçün daima çalışacaqdır.

Cənab Ali Baş Komandan, məruzə bitdi.

Azərbaycan Prezidenti Heydər Əliyev görüşdə yekun nitqi söylədi.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib