Dövlət Suverenliyi Günü xalqımızın dövlətçilik iradəsinin və milli qürurun təntənəsidir
Hacıqabul, 19 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul rayonunda 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.
YAP Hacıqabul rayon təşkilatından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər vurğulayıblar ki, Dövlət Suverenliyi Günü xalqımızın əsrlər boyu apardığı mübarizənin, dövlətçilik iradəsinin və milli qürurun təntənəsidir. Vətən müharibəsində qazanılan şanlı Zəfər və 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub.
Qeyd edilib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi təsis olunması həm 44 günlük Vətən müharibəsinin, həm də 2023-cü ilin lokal xarakterli antiterror əməliyyatının parlaq Qələbəsinin əhəmiyyətini göstərir.