DÖVLƏTƏ XƏYANƏT EDƏNLƏR LAYİQLİ CƏZALARINI ALMIŞLAR
Milli Təhlükəsizlik Nazirliyinə daxil olan məlumatlar göstərir ki, təlaşa düşən Ermənistan adekvat tədbirlər görmək, yeni məkrli planlara əl atmaq, həmin ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının vətəndaşları olan bəzi gəncləri ələ almaqla vətənimizin ərazisində kəşfiyyat-pozuculuq fəaliyyəti və terror-təxribat aksiyaları həyata keçirmək niyyətindədir.
Belə ki, ötən il fevralın 15-dən mayın 7-dək erməni əsirliyində olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kiçik çavuşu, Şəmkir Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1985-ci il təvəllüdlü Bəkirov Ruslan Fəqani oğlu ilə əlaqədar keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində onun Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunması müəyyən edilmişdir.
Məlum olmuşdur ki, 2005-ci il fevralın 15-də həmin hərbi hissədə manqa komandiri olmuş Ruslan Bəkirov ermənilər tərəfindən aldadılaraq, qabaqcadan əldə edilmiş razılaşmaya əsasən, onun tabeçiliyində olan sıravi əsgərlər - 1986-cı il təvəllüdlü Abdullayev Xəyal İdris oğlu və 1983-cü il təvəllüdlü Tağıyev Hikmət Adəm oğlu ilə birgə döyüş şəraitində öz qulluq mövqeyindən sui-istifadə edərək Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsində olduğu vaxt qrup halında fərarilik etməklə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, qəsdən düşmən tərəfə keçib dövlətə xəyanət etmişlər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlikdən qaytarıldıqdan dərhal sonra Ruslan Bəkirov ermənilər tərəfindən məxfi əməkdaşlığa cəlb olunduğunu etiraf etmişdir. Lakin keçirilən tədbirlər nəticəsində Ruslan Bəkirovun ilkin etirafının erməni xüsusi xidmət orqanları əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olduğu müəyyən edilmişdir. Görülən əlavə əks-kəşfiyyat tədbirləri ilə Ruslan Bəkirov könüllü surətdə əsil həqiqəti açıqlamışdır.
Müəyyən edilmişdir ki, əsirlikdə olarkən Ruslan Bəkirov, Xəyal Abdullayev və Hikmət Tağıyevin məxfi əməkdaşlığa cəlb edilməsi üçün erməni xüsusi xidmət orqanları onlarla məqsədyönlü iş aparmışdır. Bu müddət ərzində Ruslan Bəkirovla 7 görüş keçirilmiş, məxfi əməkdaşlığa cəlb olunması özü tərəfindən yazılmış İltizam və videoçəkilişlə möhkəmləndirilmişdir. Ona xüsusi olaraq “Ramin” təxəllüsü verilməklə əlaqə üsulları razılaşdırılmış və gələcəkdə hər bir tapşırığın yerinə yetirilməsi müqabilində 3000-4000 ABŞ dolları məbləğində mükafat veriləcəyi vəd olunmuşdur. Özünü Rudik kimi təqdim edən erməni xüsusi xidmətinin əməkdaşı Ruslan Bəkirovu Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin hərəkət marşrutunda, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərində, qaz kəmərlərində, həmçinin Heydər Əliyev adına Beynəlxalq hava limanında partlayışlar törədilməsi, habelə müxtəlif strateji-hərbi obyektlərin fotolarını çəkərək Ermənistana ötürülməsi barədə xüsusi təlimatlandırmışdır.
Göstərilən bütün xüsusatlar istintaqla və məhkəmə baxışı ilə tam sübuta yetirilmişdir. Ağır Cinayətlərə dair Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 2005-ci il 7 oktyabr tarixli hökmü ilə Ruslan Bəkirov və Xəyal Abdullayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 334.3-cü (müharibə vaxtı və ya döyüş şəraitində fərarilik), 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma), 341.3-cü (müharibə vaxtı və ya döyüş şəraitində hakimiyyətdən sui-istifadə) maddələri ilə 12 il, Hikmət Tağıyev isə 274-cü (dövlətə xəyanət), 334.3-cü (müharibə vaxtı və ya döyüş şəraitində fərarilik), 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişlər.
Milli Təhlükəsizlik Nazirliyi bildirir ki, dövlət və cəmiyyət əleyhinə hər bir cinayətin, düşmənin kəşfiyyat-pozuculuq və terror-təxribat xarakterli məkrli niyyətlərinin qarşısının vaxtında alınması, Azərbaycanın milli maraqları və mənafelərinin etibarlı qorunması üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]