DÖVLƏTİN TİKİNTİYƏ AYIRDIĞI VƏSAİTDƏN DAHA SƏMƏRƏLİ İSTİFADƏ OLUNUR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatda bidirilir ki, 2003-cü ildə respublikada inşaat işlərinin həyata keçirilməsi üçün 77 sifarişçi təşkilata dövlət büdcəsindən 453,2 milyard manat vəsait ayrılmışdır. İlin əvvəlindən həmin vəsaitin 271 milyard manatı istifadə edilmişdir. Bu, ötən ilin doqquz ayındakı göstəricidən 80,2 faiz çoxdur.
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, ayrılmış ümumi vəsaitin 424,5 milyard manatı inşası vacib sayılan obyektlərin tikintisi üçün nəzərdə tutulmuşdur. Bu ilin doqquz ayı ərzində həmin vəsaitin 245,1 milyard manatı və ya 57,7 faizi istifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]