Dövriyyədəki POS-terminalların 82 faizi təmassız ödəniş texnologiyasını dəstəkləyir
Bakı, 25 iyul, AZƏRTAC
Təmassız ödənişlər üzrə yüksək artım tempi, ilk növbədə, təmassız ödəniş infrastrukturu göstəricilərinin yüksəlməsi ilə əlaqədardır. Belə ki, hazırda dövriyyədə olan ödəniş kartlarının 70 faizi, POS-terminalların isə 82 faizi təmassız ödəniş texnologiyasını dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablamalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov deyib.
R.Qasımov qeyd edib ki, sözügedən ödənişlərdən istifadənin artmasında ən önəmli faktorlardan biri də əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasıdır. Xüsusilə pandemiya məhdudiyyətlərinin təsiri ilə daha geniş vüsət alan təmassız ödənişlər istehlakçılar tərəfindən gündəlik əsasda əldə olunan mal və xidmətlərin dəyərinin heç bir fiziki təmas olmadan daha rahat, sürətli və təhlükəsiz formada aparılmasına imkan yaradır. Eyni zamanda, tokenizasiya həllərinə əsaslanan, mobil telefon, saat, üzük və digər ağıllı cihazlar vasitəsilə ödənişlərin həyata keçirilməsinə imkan verən innovativ ödəniş həllərinin ölkəmizdə tətbiqi də təmassız ödənişlərin genişlənməsinə təkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]