DSMF-nin fəaliyyət sahələri üzrə 63 mindən çox elektron arayış alınıb
Bakı, 31 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət sahələri üzrə 63 min 387 elektron arayış alınıb.
Həmin arayışların 21 min 33-ü pensiya, 20 min 185-i müavinət və təqaüd, 15 min 649-u fərdi şəxsi hesab, 2 min 926-sı ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 609-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 1 137-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 833-ü əlilliyi olan şəxslərə qulluq ilə əlaqədar olub.