Dubayda dünyanın ən sürətli və bahalı təcili yardım maşını təqdim edilib


Qahirə, 29 yanvar, AZƏRTAC
“Ekspo Dubay 2020” sərgisində dünyanın ən sürətli və bahalı təcili yardım maşını nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, “Hypersport Responder” adı verilmiş bu avtomobil Hollivudun məşhur “Fast and Furious” filmindəki “Lukan Hypersport” modelinin daha mükəmməl formasıdır və təcili yardım məqsədilə istifadə olunacaq.
Rəsmi “Emirates” agentliyinin məlumatına görə, 3,5 milyon dollara satılacaq avtomobil hər 2,8 saniyədə bir sürəti saatda 100 kilometrə çatdıra bilir və 400 kilometrlik məsafəni yüksək sürətlə qət edir. Avtomobilin eksteryeri də olduqca bahalı dizaynı ilə fərqlənir. Belə ki, LED faraların ətrafı 440 almaz daşından işlənmiş xətlə əhatə edilib, interyerdə isə qızıldan istifadə olunub.
Dubay Təcili Tibbi Yardım Korporasiyasının icraçı direktoru Xəlifə bin Dərray jurnalistlərə bildirib ki, onun rəhbərlik etdiyi qurumun sərəncamına veriləcək 331 ədəd “Hypersport Responder” təcili tibbi yardımın daha operativ göstərilməsini təmin edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]
İspaniyalı ekstremal idman həvəskarı 500 gün mağarada qalıb
BDU-da astronomik müşahidə günü
- [12:09]
Premyer Liqada XXXIV tura yekun vurulub
- 11.05.2025 [23:32]
Superliqa: “Beşiktaş” üçüncü pilləyə yüksəlib
- 11.05.2025 [23:08]
İtaliya A Seriyası: "İnter" vacib qələbə qazanıb
- 11.05.2025 [22:44]
Bakının bəzi yollarında nəqliyyat sıxlığı müşahidə olunur
- 11.05.2025 [22:01]
AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib
- 11.05.2025 [20:57]
Şəhid Telman Haqverdiyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
- 11.05.2025 [20:28]
Cənubi Koreyanın hakim partiyası prezidentliyə namizədini müəyyənləşdirib
- 11.05.2025 [20:09]
Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olunub
- 11.05.2025 [19:35]
Azərbaycanlı alimlər beynəlxalq konfransında iştirak ediblər
- 11.05.2025 [19:31]
Ulu Öndərin doğum günü Rustavidə də qeyd olunub
- 11.05.2025 [19:21]
Marko Rubio gələn həftə Türkiyəyə səfər edəcək
- 11.05.2025 [18:03]
Bosniya və Herseqovinada zəlzələ olub
- 11.05.2025 [17:20]
Papa XIV Leo dünyaya sülh çağırışını yeniləyib
- 11.05.2025 [17:05]
Tbilisidə Ulu Öndərin abidəsi ziyarət edilib
- 11.05.2025 [17:01]
Londonun Stansted hava limanında İT-nin nasazlığı problem yaradıb
- 11.05.2025 [16:43]