Dubayın iri ticarət mərkəzində bəzi aviareyslərə qeydiyyatdan keçmək mümkün olacaq
Dubay, 23 iyul, AZƏRTAC
Müxtəlif aviaşirkətlərin sərnişinləri birbaşa Əmirliyin ən iri ticarət-əyləncə mərkəzlərindən birində - “The Dubai Mall”da öz reyslərinə qeydiyyatdan keçə biləcəklər.
AZƏRTAC «Gulf News» nəşrinə istinadla xəbər verir ki, bu gündən etibarən Xidmətlər Mərkəzi «Dnata Travel» şirkətinin idarəçiliyi ilə qeydiyyat masası açıb. Arzu edənlər burada öz reyslərinə qeydiyyatdan keçib enmə talonları almaqla bərabər, baqajlarını çəkib təhvil verə biləcəklər. Onların baqajı ticarət mərkəzindən aeroporta göndəriləcək.
Yeni xidmətdən “flydubai”, “SAUDIA”, “flynas”, “China Southern”, “Kuwait Airways”, “GulfAir”, “Saudi Gulf”, “Royal Jordanian” və “Ethiopian Airlines” avişirkətlərinin sərnişinləri istifadə edəcəklər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]