REGİONLAR
Dünya azərbaycanlılarının həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var
Sumqayıt, 30 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə ümumşəhər bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını bayramlar münasibətilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirən Zakir Fərəcov, 2019-cu ilin Sumqayıt üçün də uğurlu olduğunu qeyd edib.
Çıxışlarda qeyd olunub ki, son illər həyata keçirilən geni miqyaslı, uğurlu layihələr şəhərin simasını tamamilə dəyişib. Bu gün 70 yaşlı Sumqayıt müasir, böyük sənaye potensialına malik, sürətlə inkişaf edən, gündən-günə abadlaşan bir şəhərdir.
Sonra şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Bayram şənliyi respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.