DÜNYA BANKININ SƏHİYYƏ SEKTORUNDA İSLAHATLAR LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TRENİNQ KEÇİRİLMİŞDİR
Dünya Bankının səhiyyə sektorunda islahatlar layihəsi çərçivəsində “Akkreditasiya və lisenziyalaşdırma sisiteminin yaradılması” mövzusunda treninq keçirilmişdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, treninqdə nazirliyin tibbi yardımın təşkili şöbəsinin, lisenziyalaşdırma və nəzarət sektorunun əməkdaşları və Dünya Bankının koordinatorları iştirak etmişlər.
Treninqdə Azərbaycan Respublikasında səhiyyə sistemində aparılan islahatlar, bu sahədə görüləcək işlər, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi proqramları, lisenziyalaşdırma, akkreditasiya və digər məsələlər müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]