DÜNYADA ƏN ÇOX BAXILAN MUZEYLƏRİN SİYAHISI AÇIQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Fransanın “La Tribune” qəzetinin tərtib etdiyi siyahıya əsasən, 2007-ci ildə dünyanın ən baxılan muzeylərinin siyahısında birinciliyi Parisin məşhur Luvr muzeyi tutmuşdur. Ötən il həmin muzeyin ekspozisiyasına 8 milyondan çox adam baxmışdır.
Britaniya muzeyi populyarlığına görə ikinci yerdədir. Nəşrin məlumatına görə, buraya gələnlərin sayı 5,4 milyon nəfərdən çoxdur. Onun ardınca Londonun Teyt qalereyası (ildə 5 milyondan çox adam) gəlir.
Vatikanı yalnız bir qədər qabaqlayan Nyu-Yorkdakı Metropoliten muzeyi reytinq cədvəlində dördüncüdür. Ötən il katolik kilsəsinin suveren ərazisində 4,3 milyon nəfər olmuşdur.
Onların ardınca gələn London Milli qalereyası, Versal, de Orse İmpressionistlər muzeyi, Tokio Milli muzeyi, Madriddəki Prado muzeyi, Pompidu Mərkəzi və digərləri ən populyar muzeylər adlandırılmışdır.
Qəzet Londondakı “Manedən Pikassoyadək” (bir milyondan çox adam baxmışdır), Tokiodakı “Leonardo da Vinçinin ruhu” (770 min) sərgilərini, habelə Nyu-Yorkda Riçard Serranın heykəllər sərgisini (735 min) ən uğurlu sərgilər hesab etmişdir.
Ötən il dünya muzeylərində 24 milyon nəfər olmuşdur. Müqayisə üçün deyə bilərik ki, 2002-ci ildə muzeylərə gələnlərin sayı 15 milyon nəfərdən çox deyildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]