Dünyada koronavirusa qarşı 4 milyard 910 milyon dozadan çox vaksin vurulub
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 21-dək dünya üzrə COVID-19 virusuna qarşı vurulan peyvənd dozalarının sayı 4 milyard 910 milyonu ötüb.
AZƏRTAC vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, dünya ölkələri arasında ən çox vaksinasiya Çində aparılıb - 1 milyard 920 milyon doza. İkinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 576 milyon 117 min, ABŞ-da 360 milyon 630 min doza peyvənd vurulub.
Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (173 milyon 650 min), Yaponiya (115 milyon 740 min), Almaniya (99 milyon 40 min), Böyük Britaniya (88 milyon 850 min), Türkiyə (88 milyon 160 min), İndoneziya (87 milyon 260 min) və Fransa (82 milyon 920 min) daxildir.
COVID-19 pandemiyasının online statistikasını aparan "Worldometer” portalının bu gün saat 14:30 radələrinə olan məlumatına əsasən, dünya üzrə yoluxanların sayı 211 milyon 689 mini ötüb, 4 milyon 431 mindən çox insan həyatını itirib, sağalananların sayı isə 189 milyon 426 min nəfərə yaxınlaşıb.