Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb
Bakı, 20 aprel, AZƏRTAC
Harvard Universiteti dünyanın 100 ən yaxşı ali məktəblərinin siyahısında lider mövqeyini qoruyub saxlayır.
AZƏRTAC Roundranking.com saytına istinadla xəbər verir ki, 2019-cu ildə dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində (Round Univercity Ranking) 74 ölkədən 820 ali məktəbin adı var. Qlobal reytinq cədvəli 2010-cu ildən dərc edilir. Hər bir ali məktəb iyirmi ayrı parametr, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları ilə qiymətləndirilir.
Reytinq cədvəlində ABŞ universitetləri liderlik edirlər. Harvard Universiteti ilə yanaşı, bu ölkənin Stanford, Yel, Kolumbiya, Kaliforniya, Massaçusets Texniki universitetləri, həmçinin Böyük Britaniyanın London İmperiya Kolleci, Oksford və Kembric universitetləri və İsveçrənin Sürix Universiteti də ilk onluğa daxil olublar.
Ölkələr arasında ikinci yeri isə 74 universitetlə Rusiya tutur. Bu ölkənin 5 ali məktəbi ilk yüzlüyə daxil olub. Moskva Dövlət Universiteti siyahıda 38-ci, Tomsk Dövlət universiteti isə 59-cu yerə layiq görülüblər.
Reytinq cədvəlində MDB ölkələrinin 30 ali məktəbi ilk 500 universitet sırasına daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [14:28]
Azərbaycan Universiteti Xankəndidə qış məktəbi təşkil edib
- 10.02.2026 [13:17]
BDU Pakistan universiteti ilə əməkdaşlığa başlayır
- 10.02.2026 [13:07]
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr
- 10.02.2026 [12:55]
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib
- 10.02.2026 [12:42]
Dövlət qulluğu vəzifələri üzrə imtahanlara qeydiyyat elan edilib
- 10.02.2026 [12:33]
Süni intellekt dövrü: Cəmiyyət sosiotexnoloji mərhələyə keçir
- 10.02.2026 [12:31]
“Təhsil haqqında” Qanuna dəyişiklik edilir VİDEO
- 10.02.2026 [12:00]