Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏBDÜL-REDA ASSİRİ: DAĞLIQ QARABAĞDA AZƏRBAYCANIN ÜÇRƏNGLİ BAYRAĞI MÜTLƏQ DALĞALANACAQDIR

AZƏRTAC xəbər verir ki, bu sözləri Küveyt Universitetinin ictimai elmlər fakültəsinin siyasi elmlər departamentinin rəhbəri, professor Əbdül-Reda Assiri “İki sahil” qəzetinin redaksiyasında qonaq olarkən demişdir.

Məlumat verildiyi kimi, ulu öndərin 85 illik yubileyi ilə bağlı Heydər Əliyev Fondu və Yeni Azərbaycan Partiyası “Demokratiya və sabitlik naminə: Əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Dünyanın 30-dan çox ölkəsindən 60-dan artıq nümayəndənin iştirak etdiyi tədbirdən sonra qonaqlar müxtəlif görüşlərdə təəssüratlarını bölüşürlər.

Əbdül-Reda Assiri “İki sahil” qəzeti redaksiyasının kollektivi ilə görüşündə ölkəmizə, onun paytaxtına heyran qaldığını bildirmişdir. Bakı qədimliklə müasirliyi özündə təcəssüm etdirən möhtəşəm şəhərdir, - deyə o, vurğulamışdır. Şəhərdə geniş qurculuq və abadlıq işlərini yeniliyin rəmzi kimi qiymətləndirən qonaq qeyd etmişdir ki, Bakıda gördüklərimdən çox məmnun qalmışam. Azərbaycana ilk səfərim olsa da burada gördüklərimdən, insanların doğma münasibətindən məmnun qaldım. Azərbaycan həqiqətən demokratiya yolu ilə inkişaf edən sivil dövlətdir. Burada insanların yaxşı yaşayıb, ölkə iqtisadiyyatının inkişafında səmərəli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır.

Jurnalistlərlə görüşünə böyük əhəmiyyət verdiyini söyləyən qonaq, ilk növbədə, Azərbaycanda mətbuat azadlığının yüksək səviyyədə olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyevlə görüşü zamanı dövlət başçısının ölkədə söz, mətbuat azadlığının təminatında maraqlı olduğunu bütün qonaqlar yüksək qiymətləndirdilər.

Küveytli alimin sözlərinə görə, Azərbaycanda şərqlilərə məxsus millilik qorunub saxlanılmaqla, Avropa dəyərlərinə də hörmətlə yanaşılır, dünya təcrübəsindən istifadə olunur. Bu, bir daha göstərir ki, Azərbaycan inkişafını bəşəri dəyərlər əsasında qurmaqla dünya birliyinə sürətlə inteqrasiya olunmaqdadır. Haqlı olaraq bizdə belə təəssürat yarandı ki, Azərbaycan dünya dövlətləri arasında dinamik inkişafı ilə fərqlənən sivil bir ölkədir. Burada gördüklərim barədə öz ölkəmdə ətraflı danışacaq, Azərbaycan həqiqətlərinin təbliğatçısı kimi fəaliyyət göstərəcəyəm.

Əbdül-Reda Assiri öz ölkəsindəki kütləvi informasiya vasitələri ilə bağlı məlumat verərkən bildirmişdir ki, Küveytdə hazırda cəmi 5 mətbu orqan fəaliyyət göstərir. Parlament tərəfindən “Mətbuat haqqında” qanunun qəbulundan sonra onların sayı 13-ə çatdırılacaq, bir neçə qəzet ingilis dilində nəşr olunacaqdır.

“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə ölkəmiz haqqında xoş sözlərinə görə qonağa təşəkkürünü bildirmiş və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan  söz və mətbuat azadlığının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Baş redaktor Azərbaycanda söz və mətbuat azadlığının daha da inkişafı üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını küveytli alimin diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycanda naşirlik etmək istəyənlər üçün geniş imkanlar yaradılmış, prosedurlar sadələşdirilmişdir.

Professor Əbdül-Reda Assiri görüşdən, Azərbaycanda azad mətbuatın inkişafı üçün yaradılan şəraitdən məmnun qaldığını bildirmiş və demişdir: “İnanıram ki, ölkənizə növbəti səfərimdə Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağla elə azərbaycanlıların müşayiəti ilə tanış olacağam. Prezident İlham Əliyevin qətiyyəti sübut edir ki, o günə az qalıb. Dağlıq Qarabağda Azərbaycanın üçrəngli bayrağı mütləq dalğalanacaqdır”.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BVF: Qloballaşma prosesi zamanı dünya iqtisadiyyatı yaxşılaşsa da bir çox icma boşluqda qaldı

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb