Əbdüləziz əl-Tüveycri: COP29 böyük imkanlara malik ölkədə keçiriləcəyinə görə uğurlu olacaq
Bakı, 20 iyun, AZƏRTAC
Bütün dünya əhalisinin ərzaq təhlükəsizliyi təmin olunmalıdır. Aclıq və müharibələrin hökm sürdüyü ölkələri dəstəkləmək bizim əsas istiqamətlərimizdən olmalıdır. COP29-un bu istiqamətdə atılan mühüm addım olacağına inanıram.
AZƏRTAC xəbər verir ki, bu barədə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz əl-Tüveycri “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi halı” mövzusunda panel müzakirələrində çıxışında deyib.
COP29-un əhəmiyyətini vurğulayan Əbdüləziz əl-Tüveycri bildirib ki, bu tədbir bütün dünya dövlətləri aclıq və müharibələrdən əziyyət çəkən dövlətləri dəstəkləməyə çağırmaq üçün bir addımdır. Ərzaq çatışmazlığından əziyyət çəkən ölkələri dəstəkləmək bütün bəşəriyyət gələcəyinə verəcəyimiz dəstəkdir”, - deyə o əlavə edib.
ICESCO-nun sabiq Baş direktoru deyib ki, COP29 böyük imkanlara malik ölkədə keçiriləcəyinə görə uğurlu olacaq.