Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əbu-Dabi görüşü: Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının yeni mərhələsi

Əbu-Dabi görüşü: Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının yeni mərhələsi

Bakı, 19 dekabr, AZƏRTAC

Dekabrın 17-də Əbu-Dabidə Prezident İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən görüş iki ölkə arasında çoxşaxəli əməkdaşlığın daha da dərinləşdiyini bir daha təsdiqlədi. Bu səfər rəsmi protokol çərçivəsindən kənara çıxaraq həm siyasi dialoq, həm də iqtisadi, enerji və humanitar sahələrdə uzunmüddətli perspektivləri müəyyənləşdirən kompleks regional hadisəyə çevrildi. Azərbaycan-BƏƏ əlaqələrinin hazırkı dinamikası beynəlxalq müqavilə hüququnun baza prinsiplərinə - dövlətlərin suveren bərabərliyi, qarşılıqlı faydalı əməkdaşlıq və daxili işlərə qarışmamaq normalarına uyğun olaraq formalaşır. Tərəflər arasında imzalanmış 50-dən çox hüquqi sənəd, o cümlədən 2024-cü il Anlaşma Memorandumu və Şuşada imzalanmış strateji bəyannamələr əməkdaşlığın uzunmüddətli və institusional xarakter daşıdığını göstərir. Bu sənədlər həm də iqtisadi və enerji layihələrinin beynəlxalq-hüquqi təminat mexanizmlərini möhkəmləndirir, tərəflər arasında öhdəliklərin hüquqi müəyyənliyini artırır.

Bu sözlər beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərovun “Əbu-Dabi görüşü: Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının yeni mərhələsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Prezident İlham Əliyevin BƏƏ-yə səfərinin əsas məqsədləri aşağıdakı istiqamətlər üzrə qiymətləndirilə bilər:

Siyasi dialoqun gücləndirilməsi

Görüş iki ölkə arasında yüksək səviyyəli diplomatik koordinasiyanın davamlı xarakter aldığını göstərir. Müntəzəm siyasi təmaslar dövlət başçıları səviyyəsində aparılan danışıqların epizodik deyil, sistemli şəkildə davam etdiyini nümayiş etdirir. Bu isə ikitərəfli əməkdaşlığın yalnız siyasi bəyanatlar vasitəsilə deyil, institusional mexanizmlər - ikitərəfli komissiyalar, birlikdə təsdiqlənmiş fəaliyyət planları və hüquqi sazişlər əsasında həyata keçirildiyini təsdiqləyir.

Liderlərin müntəzəm görüşləri qərarların hüquqi ardıcıllığını təmin edir və razılaşdırılmış müddəaların icrasına nəzarət mexanizmlərinin formalaşmasına imkan verir. Bu yanaşma dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn əsas normalarından biri olan “pacta sunt servanda” - bağlanmış müqavilələrə əməl olunması prinsipinin praktiki tətbiqidir.

Siyasi dialoqun güclənməsi həm də regional proseslərin proqnozlaşdırıla bilməsinə, risklərin idarə olunmasına və strateji planlaşdırmanın effektivliyinin artmasına şərait yaradır. Diplomatik koordinasiya qərarların qəbulunu sürətləndirir, iki ölkə arasında qarşılıqlı maraqların uyğunlaşdırılmasını təmin edir və strateji tərəfdaşlığın hüquqi çərçivəsini möhkəmləndirir. Nəticədə əlaqələr qısamüddətli siyasi kurs deyil, uzunmüddətli və hüquqi öhdəliklərə əsaslanan əməkdaşlıq modelinə çevrilir.

Enerji təhlükəsizliyi və yaşıl enerji əməkdaşlığı

Qaradağ Günəş Elektrik Stansiyası və BƏƏ ilə birgə həyata keçirilən digər bərpaolunan enerji layihələri iki ölkənin Paris İqlim Sazişi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəliklərini praktik müstəviyə keçirdiyini göstərir. Bu layihələr karbohidrogen asılılığının tədricən azaldılması, enerji mənbələrinin diversifikasiyası və karbon emissiyalarının minimumlaşdırılması məqsədlərinə xidmət edir. Belə əməkdaşlıq enerji təhlükəsizliyi konsepsiyasının yeni mərhələyə - “yaşıl təhlükəsizlik modelinə” keçidini sürətləndirir. Bu model yalnız enerji istehsalının genişləndirilməsi deyil, həm də təchizat zəncirinin davamlılığının təmin edilməsi, enerji infrastrukturunun modernləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi ilə xarakterizə olunur.

Azərbaycan və BƏƏ arasında yaşıl enerji sahəsində əməkdaşlıq, həmçinin regional enerji inteqrasiyası üçün hüquqi baza yaradır. Elektrik enerjisinin ixrac marşrutlarının genişləndirilməsi, transsərhəd enerji şəbəkələrinin modernləşdirilməsi və “yaşıl enerji marşrutu” üzrə planlaşdırılan layihələr dövlətlərin enerji müstəqilliyini gücləndirir və beynəlxalq enerji bazarında rəqabət qabiliyyətini artırır. Nəticə etibarilə bu əməkdaşlıq yalnız iqtisadi fayda ilə məhdudlaşmır, o, qlobal iqlim öhdəliklərinin yerinə yetirilməsi, regional dayanıqlığın təmin olunması və hüquqi əsaslı enerji siyasətinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

 

İqtisadi inteqrasiya

Ticarət dövriyyəsinin artımı, birgə investisiya fondlarının formalaşdırılması və biznes şuralarının fəaliyyətinin aktivləşməsi Azərbaycan və BƏƏ arasında iqtisadi münasibətlərin sistemli şəkildə genişləndirildiyini göstərir. Bu mexanizmlər təkcə kapital axınlarının həcmini artırmır, həm də iqtisadi əməkdaşlığın institusional dayanıqlığını təmin edir. Bu cür əməkdaşlıq isə beynəlxalq iqtisadi hüququn əsas prinsiplərinə - investisiyaların qorunması, iqtisadi fəaliyyət üçün bərabər imkanlar, mülkiyyət hüququnun toxunulmazlığı və qarşılıqlı faydalılıq normalarına uyğun qurulur. İkitərəfli investisiya razılaşmaları sərmayəçilərin hüquqi müdafiəsini gücləndirir, arbitraj mexanizmlərindən istifadəyə şərait yaradır və risklərin qarşısının alınması üçün normativ təminat formalaşdırır.

Biznes şuralarının fəallaşması özəl sektorun əməkdaşlıqda rolunu artırır, dövlətlərarası iqtisadi münasibətləri yalnız hökumətlərarası dialoq çərçivəsindən çıxarıb institusional tərəfdaşlığa çevirir. Bu yanaşma iqtisadi inteqrasiyanın davamlı xarakter almasına və ticarət dövriyyəsinin struktur baxımından diversifikasiyasına imkan yaradır. Nəticə etibarilə iqtisadi əlaqələrin genişlənməsi dövlətlərin rəqabətqabiliyyətini artırır, regional logistika zəncirlərinin gücləndirilməsinə şərait yaradır və uzunmüddətli iqtisadi əməkdaşlığın hüquqi təminatını möhkəmləndirir.

Humanitar və postmünaqişə dəstəyi

ANAMA-ya ayrılan maliyyə dəstəyi postmünaqişə mərhələsində mina və partlamamış sursatların təmizlənməsi prosesinin sürətləndirilməsinə xidmət edir. Bu fəaliyyət BMT-nin mina fəaliyyətinə dair beynəlxalq standartlarına və beynəlxalq humanitar hüququn əsas prinsiplərinə, o cümlədən “mülki əhalinin qorunması” və “müharibənin təsirlərinin minimumlaşdırılması” normalarına tam uyğundur. Mina təmizlənməsi yalnız təhlükəsizlik məsələsi deyil - bu proses post-münaqişə ərazilərində normal həyatın bərpası, məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtması və sosial-iqtisadi reinteqrasiya üçün zəruri ilkin şərtdir. Bu baxımdan BƏƏ tərəfindən göstərilən dəstək həm humanitar, həm də hüquqi baxımdan əhəmiyyətlidir.

Maliyyə yardımı bərpa proseslərinin institusional səviyyədə davam etdirilməsinə imkan yaradır, bu sahədə beynəlxalq əməkdaşlıq və donor mexanizmlərinin genişləndirilməsinə stimul verir. Humanitar dəstəyin göstərilməsi tərəflərin postmünaqişə siyasətinin beynəlxalq hüququn prinsiplərinə uyğun həyata keçirildiyini nümayiş etdirir və regionda uzunmüddətli sülhün bərqərar olmasına töhfə verir.

Mədəni inteqrasiya və liderlik amili

Təhsil, mədəniyyət və dil mübadiləsi proqramları xalqlar arasında qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə şərait yaradır. Ərəb dili auditoriyalarının açılması, ikitərəfli akademik protokolların imzalanması və mədəniyyət layihələrinin icrası iki ölkə arasında humanitar körpülər yaradır və “yumşaq güc” diplomatiyasının effektiv alətlərinə çevrilir. Bu istiqamət beynəlxalq münasibətlər sistemində mədəni inteqrasiya və sivilizasiyalararası dialoq modellərinin praktiki tətbiqini nümayiş etdirir.

Əbu-Dabi görüşü Azərbaycan-BƏƏ münasibətlərində tarixi dönüş nöqtəsi kimi çıxış edir. Səfər zamanı müzakirə edilən məsələlər və hüquqi bazanın möhkəmləndirilməsi təkcə ikitərəfli əməkdaşlığın dərinləşməsinə deyil, həm də regional təhlükəsizlik arxitekturasında yeni institusional mexanizmlərin formalaşmasına xidmət edir. Bu dinamikanın mərkəzində Prezident İlham Əliyevin sistemli, ardıcıl və strateji liderlik xətti dayanır. Onun siyasi kursu milli maraqların beynəlxalq hüquqa uyğun müdafiəsini, regional sabitliyin bərpasını və enerji təhlükəsizliyinin yeni parametrlər üzrə qurulmasını prioritetləşdirir. Dövlətimizin başçısının diplomatik fəallığı və siyasi uzaqgörənliyi Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin güclənməsinə real və davamlı əsas yaradır.

Azərbaycanın postmünaqişə dövründə sərgilədiyi konstruktiv mövqe, sülh təşəbbüslərinin irəli sürülməsi və çoxtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsi Prezident İlham Əliyevin liderliyi ilə formalaşmış xarici siyasət strategiyasının əyani ifadəsidir.

Bu gün Azərbaycanın regional güc mərkəzinə çevrilməsi, enerji diplomatiyasının transformasiyası, alternativ enerji marşrutlarının yaradılması və postmünaqişə bərpasının beynəlxalq humanitar hüquq prinsipləri çərçivəsində icrası Prezident İlham Əliyevin praqmatik, ardıcıl və qlobal müstəvidə düşünülmüş siyasətinin nəticəsidir. Liderlik institutunun bu modelində şəxsi siyasi iradə ilə milli dövlətçilik maraqları sintez olunur. Dövlətimizin başçısının geosiyasi reallıqları düzgün qiymətləndirməsi, diplomatik alətlərdən çevik istifadə etməsi və uzunmüddətli strateji hədəflərə yönəlmiş fəaliyyəti Azərbaycanın yeni beynəlxalq imicini formalaşdırır, ölkənin həm regional, həm də qlobal əməkdaşlıq proseslərində etibarlı tərəfdaş kimi qəbul edilməsini təmin edir. Nəticə etibarilə Əbu-Dabi görüşü nəinki iki ölkə arasında münasibətlərin yeni mərhələsini müəyyənləşdirir, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun davamlılığını və bu kursun regionda təhlükəsizlik, inkişaf və çoxtərəfli əməkdaşlıq üçün açdığı perspektivləri təsdiqləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib