Əbu-Dabidə Prezident sarayı xalqa açıq olacaq
Əbu-Dabi, 5 mart, AZƏRTAC
Martın 11-də Əbu-Dabidəki Prezident sarayı ilk dəfə öz qapılarını Birləşmiş Ərəb Əmirlikləri əhalisinin üzünə açacaq.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan və Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan göstəriş veriblər.
Prezident sarayı hazırda bu ölkənin Nazirlər Kabinetinin və Federal Ali Şuranın, həmçinin dövlətin liderlərinin rəsmi görüş yeridir.
Prezident sarayını ziyarət edənlər Birləşmiş Ərəb Əmirliklərinin ənənələri və dəyərləri ilə tanış olacaq, habelə ölkənin irsini daha yaxından öyrənəcəklər. Sarayda Əmirliklərin tarixi və mədəniyyəti haqqında kitab kolleksiyasının toplandığı “Qəsr Əl Vətən” kitabxanası mövcuddur. Ölkə vətəndaşları və turistlər axşam saatlarında binanın fasadında Birləşmiş Ərəb Əmirliklərinin keçmişi, bu günu və gələcəyi ilə bağlı hazırlanmış möhtəşəm işıq və səs şousundan zövq alacaqlar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
- 19.06.2026 [10:49]
Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]