Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır
Bakı, 19 iyun, AZƏRTAC
Türkiyə gələn il oktyabrın 4–8-də Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının Dünya Su Konqresinin 20-ci sessiyasına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Əbubəkr Gizligider İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən "Çirkab suları və ətraf mühit monitorinqinə xüsusi diqqət yetirməklə regional səhiyyə təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş investisiyalar" adlı sessiyada çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, İstanbulda keçiriləcək tədbir su, səhiyyə, kənd təsərrüfatı, ətraf mühit, maliyyə və inkişaf icmalarını praktik həllər ətrafında bir araya gətirmək üçün mühüm fürsət olacaq: “Su ehtiyatlarının səmərəli idarə olunması və çirkab suların monitorinqi gələcək pandemiya və digər səhiyyə risklərinin erkən aşkarlanmasında mühüm rol oynayır”.
Fotoqraf - İlkin Cavanşirov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:28]
BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
- 19.06.2026 [12:10]