BEOC-da transformasiya və texnoloji yeniliklər təqdim olunub
Bakı, 19 iyun, AZƏRTAC
“Bahar Energy Operating Company”də (BEOC) keçirilən “Bahar Fest”də BEOC-da həyata keçirilən transformasiya, istehsalat əməliyyatları, texnoloji yanaşmalar və əməkdaşların rifahına yönəlmiş təşəbbüslər təqdim olunub.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, festival daha sonra maraqlı interaktiv fəaliyyətlər və komanda ruhunu gücləndirən proqramlarla davam edib.
BEOC SOCAR-ın dayanıqlı inkişaf və əməliyyat mükəmməlliyi strategiyasına uyğun olaraq səmərəlilik, insan kapitalının inkişafı və korporativ mədəniyyət üzrə yenilənmə prosesini uğurla davam etdirir.