Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
Paris, 19 iyun, AZƏRTAC
Fransanın məşhur Luvr Muzeyinin prezidenti Kristof Leribo bildirib ki, dünyanın ən çox ziyarət edilən muzeyi ciddi yenilənmə və modernləşdirmə ehtiyacı ilə üz-üzədir.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, ötən ilin oktyabrında baş vermiş oğurluq hadisəsi təhlükəsizlik sistemlərindəki çatışmazlıqları üzə çıxarıb və vəziyyətin təcili tədbirlər tələb etdiyini göstərib.
Senatda keçirilən dinləmələrdə çıxış edən Leribo muzeyin infrastruktur və avadanlıqlarının istismar dövrünün başa çatdığını vurğulayaraq, qarşıda böyükhəcmli investisiyaların tələb olunduğunu deyib. O, Luvrun hazırda “yol ayrıcında” olduğunu və bir sıra təxirəsalınmaz problemlərlə üzləşdiyini qeyd edib.
2025-ci il oktyabrın 19-da baş verən və qiymətli zinət əşyalarının oğurlanması ilə nəticələnən hadisə təhlükəsizlik sistemlərinin yenilənməsinin vacibliyini bir daha gündəmə gətirib. Muzey rəhbərliyi bir milyard avrodan çox dəyəri olan “Louvre Nouvelle Renaissance” yenidənqurma layihəsinin həyata keçirilməsinin zəruri olduğunu bildirib.
Təhlükəsizlik tədbirləri çərçivəsində 2027-ci ilin yanvarından etibarən yeni perimetr videomüşahidə sisteminin quraşdırılması, bu ilin oktyabrında isə yeni təhlükəsizlik idarəetmə mərkəzinin yaradılması planlaşdırılır. Həssas hesab edilən zonalarda əlavə kameralar da artıq quraşdırılıb.
Muzey rəhbərinin sözlərinə görə, oğurluq hadisəsinin yaratdığı psixoloji təsirlər hələ də əməkdaşlar arasında hiss olunur. Eyni zamanda, yaxın aylarda başlanacaq yenidənqurma işləri çərçivəsində muzeyin bir qanadının təmiri nəzərdə tutulur ki, bunun üçün 10 mindən çox qədim yunan vazasının başqa yerə köçürülməsi tələb olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:10]