Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan ilə Ekvador qarşılıqlı olaraq diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələblərindən azad edir.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamenti iyunun 19-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi təsdiqlənib.
Qeyd edək ki, Saziş 2026-cı il mayın 4-də Kito şəhərində imzalanıb.
Müxbir - Tərgül Babayeva
Fotoqraf - Aydın Məmmədov
Operator – Ceyhun Mustafayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:01]
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
- 18.06.2026 [19:27]